Maraqlı

“Facebook”da milyonlarla istifadəçinin məlumatı təhlükə qarşısındadır

24 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkənin 267 milyondan çox istifadəçisinin fərdi məlumatları internetdə yerləşdirilib. Bu haqda "Comparitech" tədqiqat şirkəti məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hakerlər forumlardan birində "Facebook"un milyonlarla istifadəçisinin telefon nömrələri, fərdi identifikatorları və başqa məlumatlarını yerləşdiriblər.

Mənbənin informasiyasına əsasən, məlumat itkisi Vyetnamdan olan hakerlərin işidir, amma provayderə məlumat bazası haqqında məlumat verildikdən sonra o bloklanıb. "Facebook" istifadəçilərinin fərdi məlumatlarının dəqiq yüklənmə sayı bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.