Maraqlı

Həkim səhvindən dodağına gel vuran qızın damağı çürüdü - Üz toxumaları ölür

20 Dekabr 2019 23:38
0 Şərh     Baxış: 2 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc qadın dodaqlarını böyütmək üçün filler vurdurduqdan sonra, onun damağı qaralmış və üzünün toxumaları ölməyə başlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Şotlandiyanın özəl klinikasında baş verib. Prosedurun ağrısız, zərərsiz olduğu deyilsə də Karen adlı pasiyent iynə vurulan zaman dişlərinin dibinə sanki qolf topu yeridildiyini hiss edir.

Qızın dodaqlarının şar boyda şişdiyini görən həkim də özünü itirir, çünki əvvəllər belə reaksiya ilə rastlaşmamışdı.

Səhəri qızın damağı və dodaqları göyərərək, qaralmağa başlayır. Bu toxumalarda nekrozun başlaması deməkdir.

Müayinələr qızın üzündə olan vena və arteriyaların zədələnib, hematoma yaranmasını aşkarlayır.

Vaxtında ciddi müalicələr təyin olunan qadın xəstəxanaya yatızdırılır. 3 gün də keçsəydi onun üzünün yarısı məhv olacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.