Maraqlı

Kardioloq sağlam ürəyin sirrini açdı

21 Dekabr 2019 20:35
0 Şərh     Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Düsseldorf şəhərindən olan kardioloq Torsten Dill ürək-damar sağlamlığının sirrini açıb. Onun sözlərinə görə, ürəyin işini qorumaq üçün mütəmadi olaraq məşq etməli və müəyyən pəhriz saxlanılmalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, T.Dill, həkim olaraq xəstələr üçün yaxşı nümunə olmağa çalışdığını söyləyir: "Mən siqaret çəkmirəm, müəyyən pəhrizə riayət edirəm, yəni bir az ət və çox miqdarda tərəvəz və balıq yeyirəm, çəkimi nəzarətdə saxlayıram". Onun sözlərinə görə, ürək xəstəliklərinin qarşısını almağın ən əsas profilaktik hissəsi idman və dözümlülüyə istiqamətli idman hərəkətləridir. Həkim qeyd edir ki, hava şəraitindən asılı olmayaraq həftədə üç saat gəzir. Onun fikrincə, məşqlərin müntəzəmliyi sağlamlıq üçün çox vacibdir. T.Dill, həmçinin stressin ürək üçün təhlükəli olduğunu qeyd edir, bu adətən zəif yuxu, siqaret, alkoqol və çoxlu şirniyyat yeməklə müşayiət olunur. Eyni zamanda, yaxın vaxtlarda qəhvənin ürək sağlamlığı üçün təhlükə yaratmadığı və müntəzəm olaraq istehlak edildiyi təqdirdə qan təzyiqinin artmaması məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.