Şarliz Teron atasının qətli ilə bağlı açıqlama edib.
Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, uzun müddətdir atasının qəzada həlak olduğunu bildirən aktrisa sonunda əsl həqiqəti üzə çıxarıb.
Onun anası aktrisanın 15 yaşı olanda atasınını qətlə yetirib.
Bir gecə əlində silahla evə gələn sərxoş ata anası ilə onu öldürmək istəyib.
Bu zaman o anası ilə yataq otağında gizləniblər. Sonunda qapını sındırıb yataq otağına girən ata anası ilə əlbəyaxa olub. Bu zaman odlu silahdan qəflətən atəş açılıb və sərxoş kişi ölüb.
Qeyd edək ki, Teronun anası özünü müdafiə etdiyi üçün qətlə görə məhkəmədən bəraət alıb.
Milli.Az