Maraqlı

Toyota yeni ucuz krossover buraxacaq

19 Dekabr 2019 22:55
0 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yapon avtomobil konserni Toyota kompakt krossoverin yeni modelini buraxmaq niyyətində olduğunu bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, istehsalçılar görünüş və texniki xüsusiyyətlərdə əhəmiyyətli dəyişikliklər olan Suzuki Vitara Brezza modelini əsas götürəcəklər. Yapon yolsuzluğunun premyerasının Yeni Dehlidə keçiriləcək motor şousunda olacağı planlaşdırılır. Bu avtomobili ilk olaraq, Hindistan bazarında əldə etmək mümkün olacaq.

Modelin 105 at gücünə malik 1,5 litrlik benzin mühərriki əldə edəcəyi güman edilir. Yenilik müştərilərin seçiminə uyğun olaraq mexaniki və ya avtomatik transmissiya ilə təchiz olunur. Bütün dəstlərdə krossover ön sürücü alıb. Toyota-dan olan Yapon yolsuzluğunun qiyməti hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.