Maraqlı

“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

17 Dekabr 2019 08:25
0 Şərh     Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10 dekabr 2019-cu il tarixində "Microsoft" rəsmən "Windows 10 Mobile" sisteminin dəstəyini dayandırıb. Beləliklə, ABŞ şirkəti mobil əməliyyat sistemləri bazarını qəti tərk etdi.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un qərarı bu platformaya qlobal bazarda marağın az olması ilə izah edilir, hərçənd dünyada milyonlarla qurğu sözügedən platformanın idarəetməsi altında işləyir.

"Telecompaper" nəşri yazır ki, "Windows 10 Mobile" sisteminin standart və korporativ versiyaları artıq səhvləri düzəldən yeniləmə və paketlər almayacaq. Bundan başqa, "Microsoft" istifadəçilərə onlayn və texniki dəstək göstərilməsini dayandırıb.

"Microsoft" şirkəti digər proqramçıları "Windows 10 Mobile" sistemi üçün mobil tətbiqlər hazırlamağa stimullaşdırmaq üçün böyük səy göstərirdi, həmçinin onlara pul ödəyirdi. Ancaq şirkətin bu istiqamətdə investisiya qoyuluşunda marağının olması üçün "Windows 10 Mobile" ilə işləyən smartfon istifadəçilərinin auditoriyası çox azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.