Maraqlı

Qocalmanın qarşısını alan püstənin FAYDALARI

10 Dekabr 2019 22:05
1 Şərh     Baxış: 1 127

Püstə çox faydalı və müalicəvi məhsuldur.Onun tərkibində bir çox faydalı maddələr var - vitaminlər (B qrupu, E, C,PP, A), minerallar (mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium), əvəzolunmaz aminturşuları, polidoymamış yağ turşuları və s.

Milli.Az medicina.az-a istinadən püstənin faydalarını təqdim edir:

- Püstə sinir sistemi üçün çox faydalıdır. Əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni "xoşbəxt qoz" adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.
- Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.

- Püstə nəfəs yollarına müsbət təsir edir.

- Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.

- Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.

- E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.

- Qara ciyərin sağlamlığını qoruyub saxlamaq istəyirsinizsə, mütləq püstə yeyin.

- Püstə tanınmış afrodiziakdır. Kişilərdə potensiyanı yaxşılaşdırır, spermanın tərkibinə müsbət təsir edir.

Nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə orqanizmi bir çox faydalı maddələrlə təmin edəcək. Püstə allergiyaya səbəb ola bilər. Uşaqlarda püstə hətta çox ağır allergik reaksiyaların, hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aylin · 10 Dekabr 2019 22:1241

    Neye xeyri olsada kilosu 34 manatdi. Kim alib yeye bilecek?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.