9 yaşlı universitet tələbəsi: "Məqsədim insan ömrünü uzatmaqdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belçika əsilli 9 yaşlı Laurent Simons ən gənc universitet məzunu olacaq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, xüsusi istedadı ilə hər kəsi təəccübləndirən Laurent ibtidai məktəbə 4 yaşında gedib.
Laurent Simons başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamladı. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirdi.
O, 6 yaşında ali məktəbə - Hollandiya Universitetinə daxil olub və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 aya başa vurub.
Laurent həkim ailəsində doğulub. Özü də tibb üzrə təhsil alıb, doktoranturada oxumaq istəyir.
Dekabrın sonunda o, universitetin elektrik mühəndisliyi üzrə diploma sahib olacaq.
Lakin ixtisası üzrə elmi dərəcə almaq onun yeganə məqsədi deyil. Laurent süni orqanlar yaratmaq istəyində olduğunu deyir. O, texnologiyanın insana necə xidmət edə biləcəyi ilə maraqlanır. Diplom işinin mövzusu insan beyninə birləşən elektrik çiplə əlaqəlidir.
Azyaşlı tələbə hesab edir ki, süni ürək və ya böyrək kimi orqanlar bədənin müəyyən hissəsini əvəzləyə və bununla da donor orqanlarının nəqlinə ehtiyacı aradan qaldıra bilər: "Əslində mənim məqsədim insan ömrünü uzatmaqdır. Nənəm və babam da daxil, başqa insanların ömrünü uzatmaq istəyirəm".
Məktəbə getməzdən əvvəl uşağın potensialını ilk aşkar edən məhz Laurentin nənəsi Fariba və babası Hans Simonslar kəşf edib.
Atasının sözlərinə görə, oğlu televiziyalardakı çıxışları ilə lovğalanır: "Laurent bəzi günlərdə məktəbə getməyə həvəssiz görünürdü, tənbəlliyə qapılıb vaxtını evdə keçirmək, ya da ki, çimərlikdə oynamaq istəyirdi. Lakin Universitetə gedəndən sonra o, vaxtına daha diqqətli yanaşmağa başladı. O, bazar ertələri kursla bağlı təqdimatlara qatılır. Çərşənbə axşamını laboratoriyada keçirir, çərşənbə günü isə oxumaqla məşğuldu. O, evdə qalıb səkkiz saat ərzində dərs oxuyur. Cümə axşamı fakültədə görüşlər keçirib suallarını verir və cümə günü imtahanlar verir".
Fotoqrafik yaddaşla yanaşı, 145 ballıq İQ səviyyəsinin sahibi olan azyaşlı, həmçinin yaxşı təhlil qabiliyyəti ilə seçilir. Laurent də başqa uşaqlar kimi vaxtını çimərlikdə keçirməyə həvəslidir.
Xüsusi istedadı nəticəsində məşhurlaşan balaca tələbənin instaqramda 35 mindən çox izləyicisi var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)





