Maraqlı

15 dəqiqəsi 4 dollara - "Təmiz hava" satılır - FOTO

2 Dekabr 2019 22:31
2 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hidistan dünya əhalisinin ən çox olduğu ölkələrdən birirdir. BU səbəbdən burada havanın çirkliliyi də olduqca yüksəkdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Çin, Yaponiya, Hindistan kimi əhalisi çox olan ölkələrdə insanlar həm də sənaye istehsalı müəssisələrinin çox olması səbəbindən kirli hava ilə mübarizə aparmaq məcburiyyətində qalırlar. Xüsusilə Çin və Hindistan son illər kirli havasına görə rekord həddədir.

Mütəxəssislər bildirir ki, Hindistanın paytaxtı Dehlidə kirli hava səviyyəsi ölümcül hala çatıb. Bu şəhərdə hətta çirkli hava səbəbindən məktəblərdə tətil elan edilib, vətəndaşlar bayıra çıxmaması üçün xəbərdarlıq edilib.

Son ölçülmələrə əsasən bu şəhərin hava indeksi 527 xalla qiymətləndirilib. BU isaə dünyada qeydə alınan ən rekord hədd hesab olunur. Havadan ağciyərlərə hopan zərərli hissəciklərin nisbəti (PM2.5) hər metr üçün 533 mikrogram müəyyən edilib.

Bu vəziyyət yeni çarələrin düşünülməsinə gətirib çıxarıb. Belə ki, bir şirkət vətəndaşlar üçün təmiz hava satmağa başlayıb.

Kimyəvi borularda istehsal olunan və saxlanan və fərqli aromalara sahib olan bu təmiz hava bədənə və zehinə müsbət təsir göstərir. Bu havadan istifadə etməyin 15 dəqiqəsi 4 dollara başa gəlir. Bu üsuldan bir neçə müddət əvvəl Çində də istifadə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.