Maraqlı

Qütb parıltısı Avrora nədir, necə meydana gəlir?

30 Noyabr 2019 20:55
0 Şərh     Baxış: 5 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın şimal və cənub qütblərində müəyyən zamanlarda yaşıl və çəhrayı rənglərdə göz oxşayan parıltı meydana gəlir. Bu təbiət möcüzəsinə Qütb parıltısı və ya Avrora deyilir. Bəs qütblərdə görünən bu Aurora nədir, necə meydana gəlir?

Əgər şimal qütbünə yaxınsınızsa bu işıqlar "aurora borealis" ya da "Qütb parıltısı" adını alır. Əgər Cənub Qütbünə yaxınsınızsa bu dəfə də "aurora austrails" "Qütb parıltısı" adını alır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hadisəyə 'Aurora Borealis' adı, 1616-cı ilin ilk dövrlərində astronom Qalileo Qaliley tərəfindən verilib.

Günəş, bizə olduqca çox enerji və kiçik hissəciklər göndərir. Dünyanın ətrafındakı maqnetik qalxan, bizləri elə qoruyur ki, bu hissəciklərin və enerjinin fərqində deyilik. Günəşin bizə göndərdiyi enerji miqdarı dəyişkəndir. Sabit bir günəş küləyinin yerinə bəzən daha şiddətli olan günəş fırtınaları da yaşana bilir. Günəş, kosmosda yüksək sürətlərdə hərəkət edəbilən nəhəng bir qaz buludu yaradır.

Bir günəş fırtınası dünyaya doğru gəldiyində, içində saxladığı enerjinin və hissəciklərin bəziləri, planetimizin maqnetik qalxanına doğru süründürülür. Təxminən 150 milyon kilometrdən gələn bu enerji və hissəciklər, cənub və şimal qütblərində qarşı qoyula bilməz bir şəkildə qarşılanır.

Partlamadan gələn bu enerji və hissəciklər, atmosferimizdəki qazlarla qarşılıqlı təsirə keçərək səmada möcüzəli bir görüntü meydana gətirir. Biz də daha əvvəl bəhs etdiyimiz kimi bunun adına Aurora Borealis deyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.