Maraqlı

Dövrümüzün Merilin Monrosu: Skarlett Yohansson 35 yaşını qeyd edir - FOTO

23 Noyabr 2019 13:09
0 Şərh     Baxış: 1 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktrisa və müğənni Skarlett İnqrid Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dünən amerikalı aktrisa və müğənni Skarlett Yohanssonun doğum günü idi. Skarlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb.

Skarlettin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb.

Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt edib. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson, mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir. Aktrisa Cared Leto və özündən 17 yaş böyük Benisio Del Toro ilə böyük əks-səda doğuran roman yaşayıb.

Skarlett "Qara səhləb çiçəyi" filminin çəkilişlərində tanış olduğu aktyor Coş Hartnettlə də görüşüb və 2006-cı ilin sonunda onlar ayrılıblar. Mark Uolberq və Castin Timberleyklə roman yaşayan aktrisa, 5 may 2008-ci ildə Rayan Reynoldsla nişanlandığını elan etdi və sentyabr ayının 28-də onlar ailə qurdular. Solaxay olduğu məlum olan Skarlett Yohansson ildə iki dəfə QİÇS analizi verməyi də unutmur və bunu etməyənləri səhlənkar adlandırır.

Skarlett Yohansson "Matç point", "Mirvari sırğalı qız", "Sensasiya", "Lüsi" "Dəmir adam-2", "Dəmir adam-3", "Qisasçılar", "Hiçkok", "Birinci qısasçı, digər müharibə", "Qısasçılar: "Altron erası", "Qisasçılar: Sonsuzluq müharibəsi", "Qısasçılar: Final" və s kimi filmlərdə oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.