Çinin biznes və maliyyə mərkəzi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yantszı çayının deltasında yerləşən Şanxay Çinin biznes və maliyyə mərkəzi hesab olunur. Çinin müasir iqtisadiyyatının qalası hesab edilən Şanxay dünyanın ən iri liman şəhərlərindən biridir. Belə ki, Şanxay dəniz limanı konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur. Dünyanın ən iri və tanınmış şirkətlərinin demək olar ki, hamısının Şanxayda ofisi fəaliyyət göstərir. Başqa sözlə, Şanxay Çin iqtisadiyyatının giriş-çıxış "qapı"sıdır.
Tarixi məkanları, müasir göydələnləri, nadir memarlıq nümunələri, o cümlədən "Şərq mirvarisi" televiziya qülləsi (hündürlüyü 468 metr), dünyada ən hündür ikinci bina olan "Şanxay qülləsi" (632 metr), özünəməxsus mətbəxi, şopinq məkanları ilə Şanxay dünyada tanınmış turizm mərkəzlərindən biridir. Ötən il Şanxayı 8,93 milyon əcnəbi turist ziyarət edib. Turizm sektorunda dövriyyə isə 30 milyard dollara çatıb. Şanxayın ortasından keçən Xuanpu çayı, onun üzərindəki körpülər, sahil bulvarı, Avropa memarlıq üslubundakı binalar Şanxaya xüsusi gözəllik verir.
Çində ən sıx metro şəbəkəsinə sahib olan Şanxay dünyada yeraltı dəmir yolu nəqliyyatı ən sürətlə inkişaf edən şəhərdir. Hazırda 17 xətti və 420-dən çox stansiyası fəaliyyət göstərən Şanxay metrosunun gündəlik sərnişindaşıma qabiliyyəti təxminən 10 milyon nəfərə çatır.
Milli.Az Şanxayın gözəlliyini və möhtəşəmliyini oxucuları ilə bölüşmək üçün şəhərdən AZƏRTAC-ın hazırladığı fotoreportajı təqdim edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)





