Maraqlı

Almaniyada ictimai nəqliyyatda uşaqlar üçün gediş haqqı nə qədərdir?

16 Noyabr 2019 22:44
5 Şərh     Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Drezden və Leypsiq şəhərlərində məktəbə gedənə qədər, qalan şəhərlərində isə altı yaşına qədər bütün uşaqlar üçün gediş haqqı pulsuzdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 14 yaşına qədər uşaqlar üçün biletlərin ən aşağı tarifi Leypsiqdədir. Onlar bir gedişə 1,20 avro ödəyirlər. Ən bahalı gediş haqqı Rur vilayəti şəhərlərində (Bohum, Dortmund, Duysburq, Düsseldorf, Essen, Vuppertal) və Berlindədir: 1,70 avro.

Bu tariflər təkcə Almaniya vətəndaşları olan uşaqlara deyil, ölkədəki əcnəbilərə də şamil edilir. Odur ki, bu informasiya Azərbaycandan olan turistlər üçün də faydalı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.