Səfirliklərə asbest göndərən şəxsi azadlığa buraxıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliyanın Viktoriya ştatının Apelyasiya Məhkəməsi cari ilin yanvarında içərisində asbest olan paketləri 17 ölkənin, o cümlədən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinə göndərmiş şəxsi azadlığa buraxıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakimlər Filipp Prist və Kim Harqreyv 50 yaşlı Savaş Avanın apelyasiya şikayətinə baxaraq, onun təcili azad edilməsi barədə qərar qəbul ediblər. Hakimlərin qərarına əsasən, bu şəxs həmin addımı atarkən heç bir pis niyyət güdməyib. Məhkəmənin yeni qərarına əsasən, diplomatik nümayəndəliklərə həmin paketləri göndərən S.Avan 6 ay sonra azadlığa buraxılmaq şərti ilə 18 ay həbs cəzasına məhkum edilib. İstintaq və məhkəmənin davam etdiyi dövrdə 10 ay həbsdə saxlandığına görə onun təcili azadlığa buraxılması qərara alınıb.
Eyni zamanda, məhkəmə ekspertlərin S.Avanın hərəkətlərini ictimai təhlükə təşkil etməməsi barədə rəyini də nəzərə alıb. Belə ki, onun səfirliklərə göndərdiyi bütün paketlərin üzərində içərisində təhlükəli maddənin olduğu barədə xəbərdarlıq olub. Bütün bunları nəzərə alan hakim F.Prist S.Avanın 1000 Avstraliya dolları (təqribən 689 ABŞ dolları) girov müqabilində azad edilməsinə göstəriş verib.
Xatırladaq ki, S.Avan cari il yanvarın 10-da Şepparton şəhərində yerləşən mənzilində poçt xidməti ilə təhlükəli maddələr göndərdiyinə görə həbs edilib. Avstraliya qanunvericiliyinə əsasən, bu, federal cinayət hesab edilir. Məhkəmə dinləmələri zamanı günahını etiraf edən S.Avan bu addımı "insanlara yardım etmək məqsədilə" atdığını deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
Təyyar Bayramovun yubileyidir - (Video)
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





