Maraqlı

Çinin 50 şəhərində 5G-nin tətbiqinə başlanıldı

5 Noyabr 2019 23:20
0 Şərh     Baxış: 332

Çində 5G-nin qlobal istifadəsi 2020-ci il üçün planlaşdırılırdı. Ancaq gözlənilmədən üç yerli mobil operator ölkənin 50 şəhərində beşinci nəsil şəbəkələrə çıxışı təmin etməyə başladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, ölkənin ən böyük mobil operatoru "China Mobile" Pekin, Şanxay və Şenzhen də daxil olmaqla 50 şəhərdə 5G şəbəkəsini işə saldı, əsas paketin qiyməti isə ayda təxminən 18 dollardır.

Rəqib operatorlardan olan "Çin Telekom" və "China Unicom" da müştərilərinə 5G çıxışı təmin etdi. Ən aktiv iştirakçılar üçün tarif təxminən 85 dollardır.

Operatorlar bu işi önümüzdəki il üçün planlaşdırırdılar. Lakin, ABŞ-ın göndərdiyi sanksiyalara görə "HUAWEİ" işi sürətləndirməli oldu. Nəticədə Çin dünyada yeni şəbəkələrin ən böyük istifadəçisinə çevrildi.

Hələ xidmət istifadəyə verilməzdən əvvəl 10 milyon çinlinin 5G istifadə etməsi üçün qeydiyyat aparılmışdı. Beşinci nəsil şəbəkələrinin istifadəyə verilməsi onlara daha yüksək sürətdə video və oyunlara giriş əldə etməyə, virtual reallıq üçün daha inkişaf etmiş tətbiqlərdən istifadə etməyə və daha yaxşı keyfiyyətli video rabitə yaratmağa imkan verəcək.

Çinin ünyanın ən böyük bazarına hakim olması ABŞ sanksiyalarının təsirini minimuma endirir. "HUAWEI" rəhbəri ABŞ-ın təzyiqinə baxmayaraq iyul ayında ən azı 28 Avropa ölkəsi də daxil olmaqla, müxtəlif bölgələrdə 5G şəbəkələrinin yerləşdirilməsi üçün 60-dan çox müqavilə imzaladığını bildirdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.