NASA "troyalı asteroidləri" öyrənmək üçün kosmosda stansiya yerləşdirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Yupiter planetinin "troyalı asteroidləri" öyrənmək üçün 2021-ci ildə kosmosa "Lucy" stansiyasının göndərilməsi layihəsini təsdiq edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amerikanın Cənub-Qərb Tədqiqat İnstitutunun mətbuat xidməti yaxın günlərdə stansiyanın inşasına başlanacağı barədə məlumat yayıb.
Missiyanın rəhbəri Hel Levinson bununla bağlı deyib: "Troyalı asteroidlər" Günəş sisteminin formalaşmasının son izləridir və həmin dövrün özünəməxsus "canlı daşlaşmış" göy cisimləridir. Adı da bəşəriyyətin əcdadı "Lucy"dən götürülmüş stansiya bizim köklərimizin və Yer kürəsində həyatın yaranmasının araşdırılmasında inqilabi dəyişiklik edəcək".
Qeyd olunur ki, "Lucy" aparatı NASA-nın 1990-cı illərdə başlatdığı "Discovery" proqramı çərçivəsində keçirilən son müsabiqənin qalibi olub. Proqramın əsas məqsədi minimum xərclərlə maksimum elmi nəticələr əldə etməkdir. "Discovery" proqramı üzrə indiyədək mütəxəssislər tərəfindən on iki orbital zond, enmə modulları və kosmik teleskoplar hazırlanıb və kosmosa göndərilib, onlardan yalnız biri missiyasını uğurla başa çatdırmadan itib. 2017-ci ilin yanvarında NASA-nın rəhbərliyi bəyan edib ki, proqramın növbəti iki layihəsi asteroidləri öyrənən "Psyche" və "Lucy" missiyaları olacaq. Birinci aparat planetin meydana gəlməsinin nüvəsi olmuş Psixeya asteroidinin yaranması və strukturunu, ikincisi isə "troyalı asteroidləri" tədqiq edəcək.
"Troyalı asteroidlər"in bir çoxu bu yaxınlarda astronomlar tərəfindən Yupiter, Mars və Neptunun orbitlərində kəşf edilib. Onların digər göy cisimlərindən fərqli cəhəti Günəş sisteminin iri planetləri ilə eyni orbitdə hərəkət etməsidir. NASA-nın cari planına görə, "Lucy" Yupiterə yaxınlaşmaq üçün altı il sərf edəcək və yalnız bu müddətdən sonra - 2027-ci ildə asteroid "qrupunu" tədqiq etməyə başlayacaq. Stansiya ümumilikdə asteroid qrupunda Günəş sisteminin ən böyük planetinin qarşısında hərəkət edən beş kiçik göy cismini, sonradan isə, 2033-cü ildən başlayaraq qaz nəhənginin izi ilə fırlanan digər qrupu öyrənəcək. Lakin həmin il Amerika aparatı Yerə qayıdacaq və qravitasiyadan istifadə edərək yenidən Yupiter istiqamətinə yollanacaq. Bu səyahət zamanı "Lucy" digər göy cisimlərinin, o cümlədən 52246 asteroidinin fotoşəkillərini də çəkəcək.
Amerikanın Cənub-Qərb Tədqiqat İnstitutunun mətbuat xidməti bildirib ki, stansiyanın yığılması işləri NASA-nın Hoddard adına Kosmik Uçuşlar Mərkəzində, Con Hopkins Universitetində və Arizona Universitetində "Lockheed Martin" şirkəti tərəfindən həyata keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
XƏBƏR LENTİ
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək





