Maraqlı

Özbəkistanda 20 milyon dollara teleserial çəkiləcək

9 Oktyabr 2019 02:30
1 Şərh     Baxış: 1 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il Özbəkistanda "Sultana" adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır. Sonra isə ikinci mövsümün büdcəsi tutulacaq və o da təxminən bu qədər olacaq.

"Özbəkturizm" Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə "Star Media" şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı, tanınmış Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.

Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların əksəriyyəti Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.