“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Airbus" şirkəti "Connected Experience" adlı "ağıllı" sərnişin salonu təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Airbus Connected Experience" layihəsinin məqsədi bort baxıcılarının işini asanlaşdırmaqdan ibarətdir. Uçuş zamanı qurğular sistemi oturacaq, baqaj rəfləri, işıqlandırma sistemləri və digər salon elementlərini skan edəcək. Əldə edilən informasiya real vaxt rejimində ekipaja məxsus "iPad" planşetinin xüsusi proqramında göstəriləcək. Bu, uçuş zamanı vəziyyəti daha tez qiymətləndirməyə imkan verəcək.
Bundan başqa, "ağıllı" salon bir sıra interaktiv rabitə vasitələri ilə təchiz ediləcək. Belə ki, sərnişinlər şəxsi smartfonları vasitəsilə salonun ekosisteminə qoşula və lazımi məlumat əldə edə və ya aviaşirkət tərəfindən təqdim edilən əlavə funksiyalardan istifadə edə biləcəklər.
Həmçinin təyyarəyə minməmişdən əvvəl smartfondan istifadə etməklə və baqaj bölmələrində mövcud boş yerlərin siyahısı ilə tanış olmaqla çamadan üçün yer bronlamaq mümkündür. "Ağıllı" oturacaqlar söykənəcəyin duruşu üzrə fərdi quraşdırmaları yadda saxlayacaq və ona növbəti uçuşdan əvvəl düzəlişlər edəcək.
Bundan əlavə, smartfon vasitəsilə yemək və içki sifarişi imkanlarının tətbiqi planlaşdırılır. Quraşdırılmış əyləncə multimedia sistemləri daha çox edilən sorğuları nəzərə alaraq konkret sərnişin üçün uyğun kontenti avtomatik seçəcək. Həmçinin öndəki oturacağın söykənəcəyinin ekranlarına görüntünün smartfondan ötürülməsi funksiyası tətbiq ediləcək.
"Airbus Connected Experience" sistemləri "А320" seriyalı təyyarələrdə quraşdırılacaq. Gələcəkdə "ağıllı" platformanın digər modellərdə də tətbiqi planlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
XƏBƏR LENTİ
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)





