Şəhadət meydanında qılınan namaz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər.
Milli.Az islam.az-a istinadən bildirir ki, İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri - Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: "Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imamlığınla qılım". İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: "Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!".
Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: "Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!". İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: "Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!" - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu.
75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi.
İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə - Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu.
Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır.
Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: "Ey Peyğəmbərin nəvəsi, əhdimə vəfa etdimmi?" - deyə soruşdu. İmam ona belə cavab verdi: "Bəli, sən məndən də əvvəl cənnətə gedirsən". Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.
İmam Hüseynə (ə) namaz vaxtının girdiyini xatırlatmış və o həzrətin xeyir-duasını almış Əbu Sümamə Əmr ibn Abdüllah Seydavi (və ya Saidi) isə döyüş meydanına yollanan axırıncı səhabələrdən oldu. Əbu Sümamə Kufədə Müslimin yaxın adamlarından idi, onun üçün silah tədarükü görürdü. Müslim ibn Əqil şəhid olduqdan sonra Əbu Sümamə də şəhərdən qaçıb, özünü İmam Hüseynə (ə) yetirdi. Bəzi tarixçilər onun aşura günü təkbətək döyüşlərdə başından ağır yaralanıb huşunu itirdiyini, qohumları tərəfindən müalicə olunduğunu və bir ildən sonra vəfat etdiyini yazıblar. Lakin daha dəqiq məlumatlara görə, Əbu Sümamə təkbətək döyüşlərin son mərhələsində meydana çıxıb, şücaətlə vuruşdu və öz əmisi oğlu Qeys ibn Abdullah tərəfindən şəhid edildi (onunla əmisi oğlu arasında çoxdan ədavət var idi).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib





