İmam Hüseynin müsibətinə göz yaşı tökmək...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhərrəm ayı qəməri aylarının ilk ayıdır və bu ayı ona görə belə adlandırıblar ki, İslamdan öncəki dövrdə də bu ayda müharibə etmək haram edilmişdir. Məhərrəm ayının 1-i qəməri ilinin ilk günü hesab olunur.
Bəni-Üməyyə 61-ci hicri ilində Kərbəla çölündə İmam Hüseynin (ə) mübarək qanını tökərək, bu ayın hörmətini yerə vurdular. O gündən bəri məhərrəm ayı Kərbəla hadisəsi, Aşura hadisəsi ilə məşhur olmuşdur.
Məhərrəm ayı artıq gəlmişdir və onun gəlişilə ürəklər qəmlənər və İmamın (ə) aşiqləri qaraya bürünərlər. Hər gün əza məclisləri təşkil edilərək, məzlum İmamı (ə) yada salarlar.
Məhərrəm ayı Aşura hadisəsini yada salmaq simvoludur və Əhli-beyt (ə) üçün Məhərrəm - Aşura, Kərbəla - İmam Hüseynlə (ə) qarışmışdır. Sanki məhərrəm ayı İmam Hüseyn (ə) və Aşurasız mövcud deyil.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) öz şəhadəti ilə İlahi qürbə yaxınlaşdı və bu nəhəng insanlıq səhnəsi bizim gözümüzün önündən Qiyamətə qədər getməyəcəkdir.
İmam Hüseynin (ə) davamçılarının vəzifəsi budur ki, onun sünnət və əməllərini davam etdirsinlər və Əba Abdullahın (ə) yanar çırağını sönməyə qoymasınlar. Çünki bu çıraq bizə Sirat yolunu göstərir və biz Əhli-beyt (ə) davamçılarının vəzifəsi budur ki, Həzrətə (ə) əza saxlayaraq, bu hidayət çırağını daha da şölələndirək.
Təvəlla və təbərra da çox mühümdür. İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək - bir növ Seyyidi-Şühəda ilə (ə) beyəti təzələməkdir və onun düşmənlərinə nifrəti bəyan etməkdir. Bu əza məclisləri insanı Əhli-beytə (ə) yaxınlaşdırar və bu yanğını sonrakı nəsillərə ötürər.
İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək - İmamın (ə) inqilabını ayaqda saxlamaq deməkdir. Əza məclisləri keçirtmək - Aşura şüarlarını insanlara çatdırmaq deməkdir. Məhərrəm ayında əza saxlamaq həmişə iti bir silahdır ki, zülmə tərəfə çevrilər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hüseynin (ə) ölümü möminlərin ürəyinə atəş salmışdır ki, heç bir zaman soyumayacaqdır".
İmam Həsən (ə) buyurur: "O şey ki, mənə çatar - zəhərdir ki, ağzıma tökülmüş olar, ancaq ey Əba Abdullah! Heç bir gün sənin (müsibət) günün kimi deyildir!".
İmam Rza (ə) buyurur: "Hüseynə (ə) ağlayanlar ağlamalıdırlar. Çünki ona ağlamaq böyük günahları aradan aparar. Məhərrəm ayı gəlib çatan zaman heç kəs atamı gülərüz görməzdi. Qəm ona hakim olardı o günə qədər ki, on gün keçərdi. Onuncu gün onun qəm və ağlamaq günü olardı və buyurardı: "Bu, o gündür ki, Hüseyni (ə) öldürüblər"".
İmam Rza (ə) yenə buyurur: "Hər kim Aşura günü ticarətini buraxar, Allah dünya və axirət hacətlərini yerinə yetirər".
Bəli, Kəsa səhabələrinin sonuncusu olan İmam Hüseynin (ə) əzasını ürəklərə yanğı verir və bu yanğının şöləsi ilə ürəklər ona tərəf can atır.
Ali dini rəhbər bu haqda buyurur: "İmam Hüseyn (ə) əməli cəhətdən İslam tarixinə böyük bir dərs verdi. Həqiqətdə İslam dinini həm öz zamanında və həm də başqa zamanlar üçün sığortaladı. O yerdə ki, bu cür fəsad törədilər, İmam Hüseyn (ə) həmin yerdə dirilər. Öz əməli ilə deyər ki, siz nə etməlisiniz, vəzifəniz nədir. Ona görə də İmam Hüseynin (ə) və Kərbəlanın xatirəsi həmişə canlı olmalıdır. Çünki Kərbəlanı yada salmaq - bu əməli dərsi gözlər önünə qoyar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həsən Əblucun xanımı vəfat etdi - (Foto/Video)
-
Bakıda atası yaşda kişilərdən gənc qıza qarşı anormal davranış - (Video)
-
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - (Foto-Video)
-
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu - (Video)
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
XƏBƏR LENTİ
-
Aİ Ermənistana 34 milyon avro yardım ayırdı
-
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
-
Həsən Əblucun xanımı vəfat etdi - (Foto/Video)
-
Bakıdan Pirşağıya gedən sürət qatarında ləngimə olub - Yenilənib
-
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
-
Moskvaya kütləvi hücum - 80-ə yaxın dron vurulub - Yenilənib
-
Azərbaycan şahmatçısı Maqnus Karlseni məğlub edib
-
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır
-
Bakıda atası yaşda kişilərdən gənc qıza qarşı anormal davranış - (Video)
-
Andrade “Qarabağ”ı tərk etdi
-
Abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Son bir həftədə yaşıllıqlara 90 min manatdan çox ziyan dəyib
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
İsrail və Hizbullah atəşkəs barədə razılığa gəldi
-
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - (Foto-Video)
-
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu - (Video)
-
Vyetnama səfər edənlər üçün vacib yenilik: Elektron qeydiyyat tələb olunur
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)





