SEKS İŞGƏNCƏSİ - Qorxudan doğan xəstəlik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur. Bəzi qadınlarda bu əlamətlər təkcə cinsi əlaqə zamanı yox, həm də ginekoloji müayinələr, eləcə də gigiyenik tamponlar qoyulması zamanı da özünü göstərir.
Qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxsa da, digərlərində normal cinsi həyatın olmasına baxmayaraq, keçirdiyi hər hansı bir infeksion xəstəlikdən, cərrahi əməliyyatdan və ya psixoloji travmadan sonra da yarana bilər.
Vaginizm xəstəliyinin səbəbləri nədir? Necə olur ki, orqanizmin bir hissəsi bizə "tabe" olmur?
Vaginizm xəstəliyindən əziyyət çəkən pasiyentlərimizin ultrasəs müayinəsində, hormonlarında və ya qan analizlərində bu xəstəliyə səbəb olacaq heç bir ciddi dəyişiklik aşkar edə bilmirik. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yanlış məlumatlar və qorxulardır.
Şəxsi təcrübəmizdə tez-tez rast gəldiyimiz qorxu, yanlış fikirlər və vaginizmə səbəb olacaq əlamətlərin bəzilərini nəzərinizə çatdırırıq:
- Qızlıq pərdəsinin itirilmə qorxusu;
- İlk cinsi əlaqə zamanı çoxlu qan itirmə qorxusu;
- Vagina dəliyinin yerinin bilinməməsi;
- Həyat yoldaşını istəməmək və ya iyrənmək;
- Düşüncədə möhkəmlənmiş əxlaq dəyərləri;
- Genital nahiyəyə əvvəllər dəyən sərt bir zərbə;
- Travmatik edilmiş ginekoloji müayinə və s.
Vaginizmin əlamətləri nədir? Bu problem özünü pasientlərimizdə necə göstərir?
Pasiyentlərimizin demək olar ki, əksəriyyətinin qeyd etdiyi bir şikayət cinsi əlaqə zamanı əlləri vasitəsi ilə həyat yoldaşını özündən itələməsidir. Cinsi əlaqə bəzən çox ağrılı olduğu üçün ancaq ön sevişmə ilə kifayətlənirlər. Təşviş, həddindən artıq çox davam edən qorxu və həyəcan hissi də bütün hallarda pasiyentlərimizi narahat edir. Zaman keçdikcə qadınlarda özünü günahlandırma, ağlama, kövrəlmə, ümidsizlik kimi əlamətlər də peyda olmağa başlayır. Ailədə yaşlıların tez-tez onlara verdiyi "uşaq varmı?" sualı problemi daha da dərinləşdirməyə başlayır.
Cinsi maariflənmənin aşağı olduğu cəmiyyətimizdə, təbii ki, vaginizm xəstələrinin də sayı düşündüyümüzdən daha çoxdur. Bu tip ailələr heç bir müalicə almadan ən yaxşı halda sadəcə ön sevişmə ilə kifayətlənərək ailə həyatlarını davam etdirirlər. Bir çox ailədə isə nəticə heç də həmişə belə olmur. Bu ailələr ilk 2 il ərzində heç bir nəticə olmadığına görə boşanırlar.
Vaginizmin müalicəsi varmı?
Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir. Bu problemi yaşayan ailələrin ən çox etdiyi səhv "bir az vaxt keçşin, düzələr" düşüncəsidir. Təəssüf ki, vaginizm öz-özünə aradan qalxan bir problem deyil. Əksinə, zamanla psixi gərginlik artdığı üçün problem daha da arta bilər. Bu problemdən əziyyət çəkən ailələrə tövsiyəmiz utanmadan, çəkinmədən mütəxəssisə müraciət etmək və qısa bir müddət ərzində problemlərindən azad olmaqdır. Nəzərə çatdırmaq lazımdır ki, vaginizm cinsi disfunksiyalar içərisində ən asan müalicə olunan problemdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq
-
"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
-
Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir





