Maraqlı

Namazı İmamın yadına salan Əbu Səmamə Sayidi

10 Sentyabr 2019 21:50
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əbu Səmamənin əsl adı Ömər ibni Abdullahdır. O, Kufənin tanınmış qılınc çalanı idi. O zaman ki, Müslim ibni Əqil Kufəyə beyət üçün gəlir, Əbu Səmaməni silah işlərinə baxmaq üçün vəzifələndirir. O, insanların Müslimə etdikləri vəfasızlıqdan sonra Kərbəlaya gəlir. İmamın (ə) tərəfdaşlarına qoşulur. Aşura günü özünü İmama (ə) çatdırıb deyir: "Canım sənə fəda olsun. Düşmənlər get-gedə bizə yaxınlaşırlar. İstəyirəm ki, onlara mane olum. Hərçənd ki, bu yolda öldürüləcəyəm. Şəhadətdən əvvəl istəyirəm ki, zöhr namazını sizinlə qılım". İmam (ə) səmaya nəzər saldı və buyurdu: "Namazı yadımıza saldın. Allah səni zikr edən, namaz qılanlardan qərar versin". Əbu Səmamə İmamla (ə) bir yerdə namaz qılır.

Namazdan sonra isə döyüş meydanına gedib şəhid olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.