Maraqlı

"Ulduz müharibələri" filminin doqquzuncu epizodunun yeni kadrları təqdim olunub

27 Avqust 2019 22:10
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Walt Disney Company" tərəfindən təşkil olunan "D23 Expo" sərgisində "Ulduz müharibələri" filminin doqquzuncu epizodunun yeni kadrları təqdim olunub. Sərgi Anaxayme (Kaliforniya ştatı) şəhərində keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən kadrlar həmçinin şirkətin "youtube" kanalında da yerləşdirilib.

Videoçarxın birinci hissəsi əvvəlki epizodlara həsr olunub. Yeni kadrlar isə filmin qəhrəmanları olan Rey və Kaylo Renanın döyüş səhnələrini əks etdirir. Videoçarxın sonunda Rey şər qüvvələrin davamçısı kimi göstərilir, əlində isə qırmızı şüalı qılınc tutur.

Doqquzuncu epizodun premyerası 19 dekabra təyin olunub. Filmin rejissoru "Ulduz müharibələri: Gücün oyanması" filmini çəkən Cey Cey Abramsdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.