Maraqlı

Putin onun barəsində film çəkmək planından xəbərsizdir

23 Avqust 2019 17:04
0 Şərh     Baxış: 1 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Channel 4 telekanalının onun barəsində üçhissəli sənədli film çəkmək planından bixəbərdir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dimitri Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Channel 4 telekanalı Rusiya prezidenti barədə üçhissəli sənədli film çəkmək niyyətində olduğunu bildirib. Çəkilişlərin Rusiya, ABŞ, Avropa və Böyük Britaniyada aparılacağı gözlənilir. Filmin müəllifləri, həmçinin arxiv materiallardan istifadə etməyi və Vladimir Putinə yaxın insanlardan müsahibə götürməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.