Maraqlı

Quşla toqquşan təyyarələrin aqibəti... - FOTO

22 Avqust 2019 22:11
Baxış: 6 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, "Aviasiya hadisəsinin araşdırılması komissiyası"nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Nazirliyin yaydığı məlumata görə, hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Nazirliyinin yaydığı rəsmi məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxu MiQ-29-un quşla toqquşmanı şübhə ilə qarşılayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, indiyədək buna bənzər qəzalar olub. Ümumiyyətlə, quş təyyarənin təhlükəsizliyinə təhdid olan ən önəmli vasitələrdən biri hesab olunub. Bu, bəzən böyük maddi zərərə, bəzən də insan təlafatına səbəb olur.

Zərbənin gücü toqquşduğu quşun ağırlığına, toqquşma zamanı sürət həddinə və istiqamətinə bağlıdır. Adətən, təyyarənin öz ağırlığı nəzərə alınmır. Çünki toqquşan quşun çəkisi ilə müqayisədə ondan dəfələrlə ağırdır. Zərbənin enerjisinin böyüklüyü sürət fərqinin kvadratına nisbətdə artır.

Zərbənin şiddətindən asılı olaraq, toqquşma nəticəsində quş ölür, təyyarənin də toqquşduğu hissəsi zədələnir. Hətta toqquşmanın olduğu səthə bağlı olaraq, bu, təyyarənin içindəki insanın yaralanmasına gətirib çıxara bilər. Xüsusilə toqquşmanın quş sürüsü ilə baş verməsi təhlükəni daha da artırır. Belə olan halda, təyyarə bir neçə yerdən zərbə alır. Belə bir vəziyyətdə, əgər təyyarə yerə yaxın məsafədədirsə, pilotun vəziyyətdən çıxmaq üçün imkanları məhduddur. Bu halda təyyarənin qəzaya uğraması adətən qaçılmazdır.

Qeyd edək ki, qəzalar daha çox quşların köç etdiyi zamanlar baş verir. ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, toqquşmalara daha çox ördəklər (32 faiz), qağayılar (28 faiz) və yırtıcı quşlar (17 faiz) səbəb olur.

Onu da əlavə edək ki, indiyədək quşla toqquşma nəticəsində 18 böyük qəza baş verib və 200 nəfər ölüb.

Belə qəzalardan ən böyüyü 1960-cı ildə qeydə alınıb. "Eastern Airlines" aid "Lockheed L-188 Electra" tipli təyyarənin Boston Loqan aeroportundan qalxışı zamanı hava gəmisinin 4 matorunun da içinə quşlar girib. Bu səbəbdən matorlar dayanıb və təyyarə 300 futdən yerə çırpılıb. Nəticədə 62 nəfər ölüb.

1962-ci ildə "United Airlines"a məxsus "Vickers Viscount" tipli təyyarə qu quşuları ilə toqquşub. Təyyarənin quyruq qanadı qopup və "hava gəmisi" yerə çırpılıb. Nəticədə 17 nəfər ölüb.

Eyni ildə "DC-8" tipli təyyarə Lahor səmasında olarkən qartal təyyarənin şüşəsini qıraraq kabinə girib.  5,5 kq ağırlığında olan quşun toqquşması nəticəsində pilotlardan biri ölüb, digəri yaralanıb.

1975-ci ildə "Overseas National Airlines"a məxsus "DC-10" havaya qalxış anında qayağı sürüsü ilə toqquşub. Nəticədə 3 nömrəli mator yanaraq partlayıb. Uçuşdan imtina edən təyyarə dayandırılıb. 139 sərnişindən 11-i yaralanıb.

15 sentyabr 1988-ci ildə Efiopiyada Bahar Dar aeroportundan qalxan "Boeing 737-200"ün hər iki matoruna göyərçinlər girib. Pilot hava limanından 10 km aralırda təcili eniş etmək istəyib. Dərə yatağına girən təyyarə yanaraq parçalanıb. Nəticədə 104 sərnişindən 21-i yaralanıb, 35-i isə ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.