Demodeks - dərialtı gənələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.
Bu xəstəlik özünü bu kimi simptomlarla büruzə verir: insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.
İnsanların bir çox hissəsi bu problemləri özləri aradan qaldırmağa çalışır və ya həkim-dermatoloqa yox, müxtəlif "kosmetoloqlara" müraciət edirlər. Bu isə yalnız vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir və öz-özünə keçib getmir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.
Xəstəliyin müalicəsi uzunmüddətlidir və kompleks şəklində aparılır. Bu səbəbdən dəridə hər hansı problemlər yarandıqda, ilk növbədə həkim-dermatoloqa müraciət etmək lazımdır. Bu "adi sızanaqlar" yox, daha ciddi dəri xəstəliyi ola bilər.
Demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kirpiklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kipriklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə "tökülən qum" hissiyatı əmələ gəlir.
Demodeks gənələrinin sevdiyi nahiyələr - göz qapağı və dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyidir.
Demodeks gənələri geniş yayılmış parazitlərdir. Onlar orqanizmdən kənarda uzun müddət yaşaya bilir. Demodekoz xəstəliyi təmas yolu ilə bir insandan digərinə yayılır. Məhz bu səbəbdər digər insanlara məxsus olan daraqlardan, dəsmallardan, kosmetik və dəriyə qulluq vasitələrdən və s. fərdi əşyalardan istifadə etmək olmaz. Gənələr uzun müddət ərzində kosmetik kremlərdə və digər kosmetik vasitələrdə yaşaya bilir.
Yaz-yay aylarında demodekoz xəstəliyinə daha tez-tez rast gəlinir.
Onu da nəzərinizə çatdıraq ki, sağlam insanların bir hissəsinin dərisində bu gənələri tapmaq olur. Lakin bu heç də o demək deyil ki, bu insanlarda demodekoz mütləq inkişaf edəcək. Xəstəlik daha çox immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlarda rast gəlinir. Güclü emosional streslər, solyariy və günün altında qaralma ilə süi-istifadə demodekozun yaranmasına səbəb ola bilər.
Demodekoz xəstələri üçün məsləhətlər:
- Demodeks gənələri suyu çox sevdiyindən həftədə iki dəfə yuyunmaq lazımdır.
- Üz dərisi aloye və kələm şirəsində isladılmış salfetlərlə maska edilir.
- İmmun sistemi möhkəmləndirmək, müqaviməti artırmaq üçün İMMUNOTEA çayı və ŞƏFA vitamini içilməsi məsləhətdir.
- Üz dərisi gündə 3-4 dəfə səpgilər üçün FİTOLOSYON vasitəsiylə silinir.
- Tük balışlardan imtina edilir və mütəmadi olaraq yataq dəsti yuyulur, ütülənir və təzələnir.
- Dəri günəş şüaları, külək və şaxtadan qorunmalıdır.
- Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidalar və alkoqol çıxarılmalıdır.
- Daha çox meyvə və tərəvəzlərdən istifadə edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
-
Bahar Lətifqızı canlı efirdə hönkür-hönkür ağladı - (Video)
XƏBƏR LENTİ
-
Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu





