Təmiz balı saxtadan ayırmağın yolları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bal 40-dan çox növü olan, bir sıra vitamin və minerallarla zəngin, çoxlu müalicəvi xüsusiyyətlərə malik qida məhsuludur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliklərin qarşısını alır.
Lakin təəssüf ki, süni şəkildə hazırlanan ballar da var. Mütəxəssislər bildirirlər ki, süni yolla hazırlanan bal şəkərli diabet riskini iki dəfə artırır. Bala qatılan şəkər və kimyəvi qatqılar orqanizmdən tam sorula bilmədiyi üçün bəzi xəstəlikləri kəskinləşdirməklə yanaşı, yan təsirlər də göstərir.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Saxta baldan istifadə zamanı yüksək təzyiq, sidik turşusunun artması zamanı yaranan xəstəliklər, böyrək, qaraciyər və öd kisəsi xəstəlikləri, həmçinin artıq molekulun kristalizə şəkildə bağırsağa düşməsi onun həll olunmasını ləngidir. Təmiz baldan istifadə edilməsi zamanı həzm prosesi daha yaxşı gedir".
Ona görə də bal alarkən onun təmiz olub-olmadığını öyrənmək üçün ilkin yoxlamalar aparmaq olar. Bal şəffaf rəngdə olur və özünəməxsus qoxuya malikdir. Hər hansı bitki iyini və kənar qoxunun gəlməsi onun tərkibində əlavə qatqıların olmasından xəbər verir. Digər bir üsul isə təbii balı suya qataraq yoxlamaqdır. Bu zaman bulanıq məhsul alınmırsa, deməli, balın tərkibində əlavələr var.
Həkim-fitoterapevt bildirib: "Bal orqanizm tərəfindən, o cümlədən dəridə tez sorulan qida məhsuludur. Balı dəri üzərinə çəkəndən bir neçə dəqiqə sonra yapışqanlıq qalmır, dəri tərəfindən tam olaraq sorulur. Kağızın üzərinə bir qədər bal sürtülür və kibrit vurularaq yandırılır. Alov bal olan hissəyə çatanda sönməlidir. Əgər sönmürsə və daha da güclənirsə, deməli, onun tərkibində saxarozanın miqdarı çoxdur".
Təbii balın tərkibi 21 faiz su, 7 faiz saxaroza, 72 faiz isə fruktoza və qlükozadan ibarət olmalıdır. Həmin rəqəmlərin fərqli olması balın keyfiyyətini şübhə altına alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
XƏBƏR LENTİ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)





