Səadətin "Bismillah"dan keçən yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərim bəşər övladının səadətə qovuşmasında aparıcı rola malikdir. Qurandan üz çevirən - öz səadətindən üz çevirir. Hər işdən öncə Allahı yada salmaq - insan qəlbinə inam və aramlıq gətirir. "Bismilləhir-Rahmənir-Rahim" isə Allahın yada salınmasında ən önəmli zikrlərdəndir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, din öncüllərindən "Bismilləhir-Rahmənir-Rahim"in fəziləti haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik:
1. Həzrət Peyğəmbər (s) buyurur: "İstənilən dəyərli bir işə "Bismilləhir-Rahmənir-Rahim"siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar".
2. Həzrət Peyğəmbər (s) buyurur: "Bismilləhir-Rahmənir-Rahim"lə başlanılan dua rədd edilməz".
3. İmam Sadiq (ə) buyurur: "Olsun ki, bizim bəzi ardıcıllarımız işlərin başlanğıcında "Bismilləhir-Rahmənir-Rahim" deməyi unutsunlar. Nəticədə Allah Təala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar".
4. İmam Sadiq (ə) buyurur: "Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə "Bismilləhir-Rahmənir-Rahim" desin. Allah Təala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər".
5. Həzrət Əli (ə) buyurur: "Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq "Bismilləhir-Rahmənir-Rahim" söyləsin ki, iblis oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə "Bismilləhir-Rahmənir-Rahim" söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar".
Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da, onların bəziləri həyati əhəmiyyət kəsb edir.
İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:
1. Ölüm hadisəsi, canın çıxması;
2. Nəkir və Münkirin sorğu-sualı;
3. Qiyamətdə yenidən oyanış;
4. Sirat körpüsündən keçmək.
Məhz bu müstəsna təhlükəli məqamlarda "Bismilləhir-Rahmənir-Rahim" insanın köməyinə gəlir.
Mömin şəxs can verən zaman "Bismilləhir-Rahmənir-Rahim" desə, ölüm hadisəsi onun üçün asanlaşar.
İnsan qəbir zülmətində "Bismilləhir-Rahmənir-Rahim" desə, torpaq onun üçün gülzara çevrilər.
Qiyamətdə yenidən oyanış zamanı kim "Bismilləhir-Rahmənir-Rahim" desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.
Sirat körpüsünə ayaq qoyan zaman kim "Bismilləhir-Rahmənir-Rahim" desə, cəhənnəm alovu ondan uzaqlaşar.
"Bismilləhir-Rahmənir-Rahim" demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir.
"Bismilləhir-Rahmənir-Rahim" deməyin mühüm məqamları:
1. Sözə başlayan zaman;
2. Quran oxumağa başlarkən;
3. Yatmazdan öncə;
4. Yemək və içmək zamanı;
5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;
6. Evə daxil olarkən;
7. Evdən çıxarkən;
8. Ürəyə vəsvəsə daxil olan zaman;
9. Məktub və yaddaş yazan zaman;
10. Bazara daxil olub, alış-verişə başlayarkən;
11. Qəmlə üzləşərkən;
12. Qəzəblənən zaman;
13. Tənhalıq zamanı;
14. Dəstəmaz alarkən;
15. Heyvanları kəsərkən;
16. Ağrı və xəstəlik hissləri yarandıqda;
17. Nəqliyyat vasitəsinə minərkən;
18. Mühakimə edərkən;
19. Zərərverici heyvan tərəfindən incidildikdə.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





