Foxconn şirkəti 18 yaşına çatmamış işçiləri məcbur şəkildə gecələr işlədirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektronika istehsalı ilə məşğul olan Foxconn şirkəti Amazon-un ağıllı səsgücləndirici modellərinin istehsal planını yerinə yetirmək üçün 16 yaşlı işçiləri gecələr çalışmağa məcbur edibmiş. Bu xəbəri The Guardian saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumatı isə anonim qalmaq istəyən Foxconn işçiləri veriblər. İstehsalat planını yerinə yetirmək üçün işçi sayını artırmaq səbəbilə Foxconn şirkəti texnikumdan olan 16-18 yaşlı tələbələri stajçı kimi işə cəlb edib. Şirkət sənədlərindən birində qeyd olunub ki, bu üsulla işçilərə sərf olunan vəsaitlər azaldılır. Belə ki, hər bir məktəbli ortalama 1 iş saatına görə 2.34$ qazanır. İxtisaslaşmış işçi isə hər iş saatına görə 2.86$ qazanır.
Milli.Az technote.az-a istinadən bildirir ki, Foxconn şirkəti 18 yaşına çatmamış bir çox işçiləri gecələr də işləməyə məcbur edib. Bu isə Çin qanunvericiliyinin pozulması deməkdir. Məlumatda qeyd edilib ki, tələbələrin işə cəlb olunmasında müəllimlərin də böyük rolu olub. Belə ki, onlar öz tələbələrinə bu istiqamətdə stimul verirdilər. Həmin işçilərdən 17 yaşlı birisi qeyd edib ki, ilk öncə o, 5 günlük 8 saat iş qrafiki üzrə razılıq əldə etmişdi. Daha sonradan isə o, həftənin 6 günü 10 saatlıq rejimlə çalışmalı oldu.
Məktəbli bu cür iş qafiki yüksəlişinə razı olmadığı zaman onun müəllimi qeyd edib ki, bu halda onun staj müddəti ləğv olunacaq və bu da öz növbəsində onun təhsil qymətlərinə və stipendiyasına təsir edəcək. Foxconn isə bu problemi etiraf edib və bildirib ki, bu cür vəziyyətin təkrarlanmaması üçün stajçı proqramı üzərində nəzarəti gücləndirəcək. Amazon şirkəti isə bu vəziyyəti düzəltmək üçün hazır olduğunu bildirib və bu məsələnin araşdırılması üçün Foxconn zavodlarına öz işçilərini göndərib.
2017-ci ildə Amazon ilə Foxconn şirkətləri Echo və Echo Dot ağıllı səsgücləndiriciləri və o cümlədən Kindle planşetinin istehsalatlarının yüksəldilməsi üçün razılıq əldə etmişdilər. Nəticədə Foxconn əlavə olaraq bir neçə min yeni işçini cəlb etməli oldu. Bu ilin yanvar ayında isə Amazon şirkəti 100 milyondan çox satılmış ağıllı səsgücləndirici statistikasını təqdim etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
XƏBƏR LENTİ
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi





