"eROSİTA" rentgen teleskopunun uğurlu uçuşu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Spektr-RQ" (Spektr-Rentgen-Qamma) rus-alman kosmik missiyası bu il iyulun 13-də Baykonur kosmodromundan start götürüb. Bu kosmik gəmidə Maks Plank Cəmiyyəti Yerdənkənar Fizika İnstitutunun rəhbərliyi və Alman Aviasiya və Kosmonavtika Mərkəzinin dəstəyi ilə alman institutları birliyinin hazırladığı "eROSİTA" rentgen teleskopu quraşdırılıb. Teleskop Yerdən 1,5 milyon kilometr uzaqlıqda yerləşərək, yaxın 4 il müddətində səmanın geniş ("yumşaq" və "sərt") rentgen diapazonunda müşahidə aparacaq. Bu da səmanın dərin rentgen təsvirini almağa imkan verəcək. "eROSİTA" teleskopu, həmçinin tərkibinə Rusiyanın ART-XC teleskopu da daxil olan rus-alman "SPEKTR-RQ" missiyasının bir hissəsidir. Dörd il müddətində "eROSİTA" teleskopu 100 min qalaktika toplusunu, qalaktikaların mərkəzlərində bir neçə milyon qara dəlik və izolə olunmuş neytron ulduzlar kimi bir çox obyektləri aşkar edə biləcək.
Milli.Az bildirir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yerləşdirilib. Məlumatda bildirilir ki, "eROSİTA" teleskopunun əsas elmi məqsədi Kainatın quruluşunun böyük ölçüləri və zaman keçdikcə bu strukturda olan təkamül haqqında biliklər almaqdır. Bu isə öz növbəsində bizim kainatı "itələyən" sirli "qara enerji"nin xüsusiyyətlərinin izah olunmasına kömək edəcək", - deyə Maks Plank Cəmiyyəti Yerdənkənar Fizika İnstitutundan "eROSİTA" layihəsi üzrə rəhbər Andres Merloni açıqlama verib. O qeyd edib ki, qazla dolmuş bu strukturu formalaşdıran milyon Kelvin və daha yüksək temperatura malik qalaktika topalarının müşahidəsi üçün rentgen teleskopu çox zəruridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
XƏBƏR LENTİ
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi





