Maraqlı

Sirkdə bədbəxt hadisə - VİDEO

19 İyul 2019 09:54
0 Şərh     Baxış: 1 903

Avstraliyanın Adelaida şəhərində sirkdə bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, akrobatik hərəkətlər yerinə yetirən 28 yaşlı sirk ustası Qabriella Suza gözlənilmədən hündürlükdən yerə yıxılıb.

Tamaşaçılar əvvəlcə bunun şouya daxil olduğunu düşünüb. Sirk əməkdaşlarının səhnəyə atılmasından sonra isə hər şeyin nə dərəcədə ciddi olduğu məlum olub. Tamaşaçılardan məkanı tərk etmələri xahiş olunub.

Dərhal xəstəxanaya çatdırlan Qabriella xəsarət aldığı nahiyələrindən əməliyyat olunub. Hazırda onun vəziyyəti yaxşıdır. Akrobat böyük həvəslə sağalıb yenidən sirkə dönəcəyi günü gözləyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.