Habbl sabitinin yeni ölçmələri yalnız sirri gücləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astronomlar, əvvəlki ölçmələrdə tətbiq olunmayan tam fərqli ulduz siniflərindən istifadə edərək, Kainatın genişlənmə sürətinin yeni ölçməsini aparıblar. Habbl (Hubble) kosmik teleskopu vasitəsilə alınan bu yeni verilənlər fundamental qiymət üçün əvvəlki ölçmələrdən təyin olunan qiymətdən fərqli nəticə verir. Bu isə Kainatın fundamental xassələrinin yeni təfsirlərinə gətirə bilər.
Milli.Az bildirir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yer alıb. Məlumatda bildirilir ki, Kainatın genişlənməsi, daha doğrusu, hər saniyədə qalaktikalar arasındakı məsafənin artması tədqiqatçılara təxminən 100 ildir məlumdur. Lakin Kainatın genişlənmə sürətini müəyyən edən Habbl sabitinin qiyməti isə indiyədək dəqiq təyin olunmayıb.
Hazirda Habbl sabitinin təyini üçün iki əsas üsul var. Onlardan biri Sefeid adlanan dəyişən ulduzların parlaqlığının ölçülməsinə əsaslanır və bu üsul Habbl sabiti üçün 74 (km/san) Mpk qiymətini verir. İkinci isə relikt şüalanma adlanan Kainatın antik şüalanma parametrlərinə əsasən modelin qurulmasından irəli gələn üsuldur ki, bu halda sabit üçün 67,4 (km/san) Mpk alınır. Bu iki üsulla aparılan hesablamaların yoxlanması və dəqiqləşdirilməsi, alınan nəticələrin üsullar arasında əlaqələndirilməsinə imkan verməyib.
ABŞ-ın Çikaqo Universitetinin professoru Vendi Fridmanın (Wendy Freedman) rəhbərliyi ilə alimlər qrupu yeni tədqiqatlarında Habbl sabitinin qiymətinin müəyyən olunması üçün qırmızı nəhənglər sinfinə daxil olan ulduzların parametrlərinin təyininə əsaslanan, asılı olmayan hesablanma üsulu təklif edib.
Qrupun hesablamalarına görə, bizim qalaktikanın kənarlarında Kainatın genişlənmə sürəti 70 (km/san) Mpk-dən azca kiçik olmaqla əvvəl alınan qiymətlərin heç biri ilə üst-üstə düşmür. Tədqiqatın müəllifləri izah edir ki, bu qiymət Avropanın Plank (Plank) peykinin köməyi ilə relikt şüalanmanın parametrlərinə əsasən alınan qiymətə yaxındır.
Tədqiqat "Astrophysical Journal" jurnalında dərc olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





