Nigahdan öncə psixoloji müayinələrdən keçməliyikmi? – PSİXOLOQ YANAŞMASI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsi boşanmalarla bağlı statistik rəqəmləri açıqlayıb. Statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma hal qeydə alınıb. Bu isə o deməkdir ki,hər günə təxminən 45 nəfər boşanır.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, boşanmaların kökündə duran problem müxtəlif olsa da, nəticə dəyişmir. İctimaiyyət nümayəndələri, psixoloq və sosioloqlar məsələ ilə bağlı həyəcan təbili çalır. Onlar cütlüklərin ailə qurmaz öncə müəyyən psixoloji müayinələrdən keçmələrinin vacibliyini dəfələrlə vurğulayıblar. Lakin boşanmalarla bağlı rəqəmlərdən görünür ki, bu çağırış və tövsiyələrə məhəl qoyulmur.
Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə bildirir ki, boşanmalarla bağlı araşdırmalar aparılsa da, bütün bunlardan heç bir nəticələr əldə olunmur:
"İlk növbədə başa düşməliyik ki, ölkəmizdə belə bir problem var. Boşanmalarla bağlı problemlər getdikcə çoxalır. Nigah bağlanmazdan öncə müəyyən tədbirlər görülməli və məsləhətlər aparılmalıdır. Məsələn, yeni qanuna görə, nigaha daxil olmaq istəyən şəxslər tibbi müayinələrdən keçməlidirlər. Niyə nigah bağlanmazdan öncə tibbi müayinə ilə bərabər psixoloji müayinələrdən də keçilməsin? Psixoloji müayinələr zamanı ailə qurmaq istəyən cütlüklərin bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağı aydın olur. Həmçinin onlara müəyyən məsləhətlər verilir və gənc ailələrdə hansı problemlərin yarana biləcəyi müzakirə olunur. Belə bir pilot layihə əvvəllər var idi.
Əvvəllər, boşanmaq üzrə ərizə verən cütlüklərlə psixoloqlar işləyirdi. İndi bu, yoxdur. Bu mənada indi də, psixoloqlar nəticə ilə yox səbəblə işləsələr, müsbət nəticələr əldə edə bilərlər. Təbii ki, boşanmaların sayını sıfıra endirmək mümkün deyil. Amma heç olmasa, bu prosesi nəzarət altına götürüb boşanan şəxslərə yardımçı olmaq mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





