Krım-Konqo qızdırması nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda Krım-Konqo hemorragik qızdırması ilə bağlı epidemioloji vəziyyət stabildir və nəzarət altındadır".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın direktoru Tahir Vəliyev deyib. Onun sözlərinə görə, bu xəstəliyə yoluxma əsasən gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir: "Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, baş ağrısı, ürək bulanma, qusma, ishal, dəridə səpki və qanaxmalardır. Xəstəliyin ölüm əmsalı 40 faiz təşkil edir və müalicəsi simptomatikdir".
T. Vəliyev qeyd edib ki, heç bir ölkə, o cümlədən də Azərbaycan xəstəlikdən sığortalanmayıb: "Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin aparılması məqsədəuyğundur. Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığının artırılması, şübhəli xəstələrin dərhal təcrid olunması, onlar barədə məlumatların Gigiyena və Epidemiologiya Mərkəzlərinə verilməsinin təmin edilməsi, habelə şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyaya çatdırılması, tibb müəssisələrində əks epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, Respublika Sanitariya-Karantin Müfəttişliyinin imkanları ilə sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarından Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi lazımdır".
T. Vəliyev qeyd edib ki, Krım-Konqo qızdırması Azərbaycan üçün xas xəstəlik deyil. Son 30 il ərzində ölkə ərazisində bu xəstəlik qeydə alınmayıb, eləcə də tibb idarələrindən Respublika Taun Əleyhinə Stansiyaya nümunələr daxil olmayıb.
Qeyd edək ki, son zamanlar Azərbaycanla həmsərhəd olan ölkələrdə Krım-Konqo qızdırması qeydə alınıb. Bu xəstəlikdən Türkiyədə 3 nəfər həyatını itirib, İranın Ərdəbil vilayətində isə 2 nəfərdə yoluxma halı qeydə alınıb, onlardan biri ölüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama





