Maraqlı

Bu asteroidlər planetimizlə toqquşa bilər - Alimlərdən XƏBƏRDARLIQ

12 İyul 2019 07:21
3 Şərh     Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Kosmik Agentliyi planetimizlə toqquşa biləcək dörd asteroidin adını çəkib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, söhbət diametri 900 metr olan "1979 XB" asteroidindən gedir. Hazırda asteroid Günəş sistemindən saniyədə 70 min km sürətlə keçir və hər saniyə Yerə 30 km yaxınlaşır.

Bundan başqa 4 futbol sahəsi boyda olan Apofis asteroidi də 200 milyon km məsafədədir. Amma 2029-cu ildə Yerə 30 min km məsafədə olacaq.
Alimlərin proqnozlarına əsasən, "2010 RF12" asteroidi planetimizlə toqquşsa, Çelyabinsk (2013-cü ilin fevralı) meteoritindən daha az ziyana səbəb olacaq.

Sonuncu təhlükəli asteroid isə "2000 SG344" adlanır və hazırda planetimizdən uzaqdadır. Amma hər saniyə Yerə 1.3 km yaxınlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.