Həqiqi Əhli-Beyt davamçılarının hansı nişanələri var?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əhli-Beyt (ə) davamçısı o kəsə deyilir ki, İmam Əlinin (ə) və onun 11 övladının imamət missiyasına iman gətirər və onların vilayətini qəbul edər. Ancaq bunu da unutmaq lazım deyildir ki, sadəcə imana malik olmaq, insanı Əhli-Beyt (ə) davamçısı etməz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu sözün içində əməli iman gizlənmişdir. Əgər insan imanı əməldə büruzə verməzsə, onun imanı həqiqi olmaz.
Həqiqi Əhli-Beyt (ə) davamçılarını tanımaq üçün Məsumların (ə) hədislərinə müraciət edək.
Cabir İmam Baqirdən (ə) nəql edir ki, buyurub: "Ey Cabir! Əhli-Beyt (ə) davamçısı olmaq üçün elə bu kifayətdirmi ki, deyər: "Əhli-Beyti (ə) sevirəm?". Allaha and olsun ki, bizim davamçımız o kəsdir ki, təqvalı olsun və Allaha itaət etsin.
Ey Cabir! Bizim davamçılarımız bu sifətlərlə tanınarlar: təvazökarlıq, ibadətdə müti olmaq, əmanətdarlıq, Allahı çoxlu yada salıb zikr etmək, oruc tutmaq, namaz, ata və anaya ehsan etmək, yoxsul qonşusunun, yetim və borclu olanların halına yetişmək, doğru danışmaq. Bizim davamçılarımız - tayfalarının əmin insanı olublar".
Cabir soruşur: "Ya ibni Rəsulallah! Bu zamanda belə insanları müşahidə etmirəm".
Həzrət (ə) buyurur: "Ey Cabir! O tərəf və bu tərəfə getmə. Məgər bu qədər kifayətdirmi ki, kimsə desin: "Mən Əlini (ə) sevirəm. Onun vilayətini qəbul edirəm", ancaq Əlinin (ə) əməlinə malik olmasın?
Əgər desə ki, Peyğəmbəri (s) sevirəm, halbuki Peyğəmbər (s) Əlidən (ə) üstündür və Peyğəmbər (s) sünnətinin ardıcılı olmaz və o Həzrətin sünnətinə əməl etməz - məgər Peyğəmbərin (s) sevgisinin onun üçün faydası olarmı?
Ona görə də Allahdan qorxun. Saleh əməl yerinə yetirin. Allah yanında ən sevimli kəs o insandır ki, ən təqvalı və ən mütidir.
Ey Cabir! Allaha and olsun ki, təqvadan başqası ilə heç kəs Allaha yaxın ola bilməz. Cəhənnəm atəşindən bəraət bizim ixtiyarımızda deyildir. Heç kəsin Allah üzərində hüccəti yoxdur.
O kəs ki, Allahın mütisi olar - bizim dostumuzdur. Hər kim Allahın əmrinə üsyan edər - bizim düşmənimizdir. Heç kəs bizim vilayətimizə çatmaz, məgər saleh əməl və təqva vasitəsilə".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
XƏBƏR LENTİ
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib





