Maraqlı

Homoseksuallıq insanlarda sosial əlaqələri inkişaf etdirmək üçün təkamül edib?

17 İyun 2019 20:45
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni araşdırmaya əsasən, homoseksual davranış insanlarda sosial əlaqələri gücləndirmək üçün təkamül etmiş ola bilər. İlkin araşdırmanın nəticələri bizim başqaları ilə əlaqə yaratmaq ehtiyacımızın homoseksual davranışlara açıqlığımızı artırmasının ilk dəlilini irəli sürür.  Portsmut Universitetindən Dr. Dayana Flayşman (Dr. Diana Fleischman) və onun həmkarları insan təkamülü prosesində münasibətlərin möhkəmlənməsində homoseksual davranışın oynamış ola biləcəyi rolu araşdırmaq üçün progesteron ilə seksual davranışlar arasında əlaqəni yoxlayıb.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, onların araşdırması "Seksual davranışın arxivi" jurnalında dərc edilib. Onlar aşkar ediblər ki, progesteron səviyyəsi yüksək olan heteroseksual qadınlar başqa qadınlarla seksual əlaqələrə daxil olmaq fikrinə daha çox açıq ola bilərlər. Oxşar olaraq, heteroseksual kişilərə kişi dostların və yoldaşların olmasının vacibliyini xatırlatdıqda, onlar başqa kişilərlə seksual münasibətlərə daxil olmağa müsbət münasibət ifadə edirlər. Bu xüsusiyyət yüksək səviyyədə progesterona malik kişilərdə xüsusilə dramatikdir.

Progesteron hormone insanlar üçün adaptasiya faydalarına malik sosial əlaqələrin yaradılmasına kömək edən hormone kimi tanınır. Bu hormone qadınlarda, əsasən, yumurtalıqlarda, kişilərdə isə böyrəküstü vəzilərdə yaranır. Bu, qayğıkeşlik və dostcasına davranışlara məsuliyyət daşıyan əsas hormonlardan biridir və insanlar yaxın və sıx dostluq əlaqələrinə malik olduqca, səviyyə artır. Qadınlarda progesteron səviyyəsi ovulyasiya zamanı pik həddə çatır və bu zaman hamilə qalmaq imkanı getdikcə azalır.

Dr. Flayşman qeyd edir: "Təkamül baxımından, biz seksual davranışı törəməyə (reproduksiyaya) son qoymaq vasitəsi kimi düşünməyə meylliyik. Bununla belə, seksual davranış intim və zövqverici olduğu üçün, insan olmayan primatlar da daxil olmaqla, bir çox növlərdə sosial əlaqələr yaratmağa və onları davam etdirməyə kömək etmək üçün tətbiq olunur. Biz hamımız bunu törəmə mümkün olmadığı zamanda da seksual münasibətlərə daxil olan romantik cütlüklərdə görə bilərik.

"Araşdırmamızın nəticələri iki ən müxtəlif metodların tətbiqi və onların eyni nəticəyə gəlməsi səbəbindən maraqlıdır. Qadınların progesteron səviyyəsi yüksək olduğu zaman onlar homoseksual cinsi əlaqə haqqında düşünməyə daha həvəsli ola bilərlər. Nəzarət qrupu ilə müqayisədə, kişilərin homoerotik motivasiyası onları cinsi əlaqə ilə həvəsləndirməklə artmır, lakin dostluq və əlaqələr onların başqa kişilərlə cinsi əlaqə fikrinə münasibətdə müəyyən dəyişikliklər yaradır."

Homoerotik düşüncələrə malik olmaq onların mütləq həyata keçəcəyi demək deyil.

Qadın psixologiyasında hormonların təsirini öyrənən mütəxəssis - Dr. Flayşman homoseksuallığa münasibətdə davranışlar üzərində progesteronun təsirilərini araşdırıb. O, progesteronun yaxın əlaqələrin qurulması üçün motivasiyanı artıran hormon olması ilə yanaşı, eyni cinsdən olanlara münasibətdə seksual münasibətlərin yaranmasının əsasında dura bilməsi məsələsini qaldırır.

Tədqiqatçılar, ilk olaraq, aşağıdakı suallarla 244 iştirakçı arasında onlayn sorğu vasitəsilə homoerotik motivasiyanın ölçüsünü aydınlaşdırıblar: "Öz cinsimdən olan birini öpmək fikri məni həyəcanlandırır" və "Əgər öz cinsimdən olan biri mənə seksual hərəkət etsə, mən iyrənərəm". Sonra tədqiqatçılar 92 qadının tüpürcəyində progesteronun miqdarını ölçərək aşkar ediblər ki, progesterone artdıqca, homoseksual əlaqəyə daxil olmaq fikrinə açıqlıq da yüksəlir.

Növbəti araşdırmada tədqiqatçılar 59 kişinin tüpürcəyində progesteronun miqdrarını ölçərək, onların hər birindən təsadüfi olaraq üç qrupdan birinə daxil olmaq və biri dostluq sözü, biri seksual sözlər, üçüncüsü isə neytral sözlər istifadə etməklə, söz bitirmə oyununu başa çatdırmaq xahiş olunmuşdur. Dostluq sözləri oyununu başa çatdırmaq xahiş olunan kişilər seksual və neytral vəziyyətlərdə olan kişilərlə müqayisədə 26% daha artıq homoerotik motivasiya göstəriblər. Bununla yanaşı, dostluq münasibəti qrupunda olan yüksək progesterona malik həmin kişilər digər iki qrupda olan yüksək progesteronlu kişilərlə müqayisədə 41% daha artıq homoerotik motivasiya göstəriblər.

Böyük meymun ailəsində digər heyvanların araşdırılması homoseksual davranışın yeni dostluqların yaradılması və qorunması üçün tətbiq olunduğunu göstərir.

Dr. Flayşman qeyd edir: "İnsanlar törəmədən başqa, bir çox səbəblərlə cinsi əlaqəyə daxil olan heyvanlar qrupuna daxildir. Səbəblərə həzz, mükafat, "xahiş edirəm, mənimlə incə davran" demək vasitəsi, yaxud dominantlığı ifadə etmək daxildir. Bu, çox mürəkkəbdir, lakin aydındır ki, məhəbbət və seksuallıq arasında davamlı əlaqə var və seksuallıq da hərəkətdir, yəni öz cinsi, yaxud qarşı cins ilə seksual əlaqəyə daxil olmaq eynidir. İnsanlarda homoseksual davranışların çoxu homoseksual olaraq tanınmayan şəxslərdə özünü büruzə verir."

İndi tədqiqatçılar qadın və kişilərdə homoerotik motivasiyanı artıra bilən digər kontekstləri və hormonal təsirləri araşdıracaqlar. Onlar, həmçinin biseksual insanların sosial siqnallara necə müxtəlif reaksiya verdiyini görməkdə maraqlıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.