Düz bağırsaq sallanmasının səbəbləri: qəbizlik, ağır doğuşlar...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düz bağırsaq sallanması hər yaşda rast gəlinən problemdir. Problemə daha çox qadınlarda təsadüf olunduğu bildirilir. Səbəb kimi isə çox zaman qəbizlik, doğuşlar, doğuşun travmalı olması göstərilir.
Milli.Az e-tibb.az-a istinadən düz bağırsaq sallanması- rektosel barədə ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir:
Rektosel yoğun bağırsağın son hissəsinin uşaqlıq yoluna doğru şişməsidir. Bu zaman rektumun divarı şişkinləşib uşaqlıq yoluna doğru şişərək böyüyür, bağırsağın divarı nazikləşir, şişkinlik səbəbli divertikula yarana bilir. Divertikula bağırsağın hərəkəti zamanı aşağı doğru sallana bilir.
Rektoselin əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
* rektal nahiyənin patoloji dəyişiklikləri
* rektal hissənin qabaq əzələlərinin arxa tərəf əzələlərinin üstünə çıxması
* kiçik çanaq orqanlarının əzələsinin anadangəlmə zəif inkişafı
* xroniki qəbizlik və düz bağırsağın disfunksiyası
* anal dəliyin funksiyasının pozulması
* yaşla əlaqədar disfunksiya və kiçik çanaq əzələlərinin rektal bölgəsinin atrofiyası
* qadın cinsi orqanlarının xəstəlikləri
Rektoselin əmələ gəlməsində polietioloji xəstəliklərin də rolu böyükdür. Xroniki daxili təzyiqin olması, müxtəlif travmalar, rektovaginal hissənin zəifləməsi də xəstəliyin inkişaf etməsində mühüm rol oynayır. Qadınlarda xəstəliyin inkişaf etməsinə qadınların ağır doğuş keçirmələri və iri uşaq dünyaya gətirmələri səbəb olur. Bu xəstəliyi olan qadınlar xəstəliyin ilkin simptomlarının doğuşdan sonra meydana çıxdığını qeyd edirlər. Xəstəlikdən əziyyət çəkənlərin 83% xroniki qəbizlikdən, 15% isə ağır fiziki işlə işləyənlərdən ibarət olur.
Xəstələrin 18%-də perkosel histerektamiyadan əziyyət çəkir. 63% qadınlarda isə rektoselin əmələ gəlməsində aşağıda sadalanan faktorlardan ən azı ikisi müşayiət edilir:
*Ağır doğuşlar zamanı düz bağırsaq-uşaqlıq yolunun doğum travmaları nəticəsində cırılması.
* Doğuş zamanı mamaçanın sərt manipulyasiyası.
* Təkrar doğuşlar.
Bu səbəblər kiçik çanaq əzələlərinin zəifləməsinə, rektoselin əmələ gəlməsinə səbəb olur.
Düz bağırsağın ön əzələlərinin arxa əzələlinin üstünə çıxması kiçik çanağın əzələsinin zəifləməsi səbəbli baş verən rektovaginal arakəsmənin şişməsinə səbəb olur. Bu zaman cinsi əlaqə zamanı düz bağırsaq hərəkətli olur. Rektosel təkcə düz bağırsağın anatomik quruluşunun çatışmazlığı ilə əlaqədar olmur. Bu, düz bağırsaq öz funksiyasını düzgün yerinə yetirmədikdə də baş verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
XƏBƏR LENTİ
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA
-
Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm - Əhməd Alkanoğlu





