Maraqlı

“Mən elmin şəhəriyəm, Əli onun qapısıdır” hədisini zəif və etibarsızdırmı?

14 Mart 2019 21:15
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbərin (s) "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır" hədisini zəif və etibarsızdırmı?

Peyğəmbərin bu hədisi bütün İslam dünyasında mütəvatir hədis kimi tanınır. Yəni bu hədis müxtəlif səhabələr tərəfindən fərqli sənədlərlə Peyğəmbərdən (s) rəvayət edilib. Həzrət Əlinin (ə) üstünlükləri barədə ən məşhur sübutlardan sayılan bu hədisi yalnız Əhli-beytə düşmən olan bir neçə inadkar şəxsdən başqa heç kim inkar etməyib. Mərhum Əllamə Əmini "əl-Ğədir" kitabının 6-cı cildində bu hədisi 143 nəfər əhli-sünnə aliminin dilindən rəvayət etmişdir. Həmin kitabda bu hədisin səhih olduğunu etiraf edən 21 nəfər əhli-sünnə aliminin adı çəkilir ki, bunların sırasında Təbəri, Hakim Nişapuri, Süyuti, Xətib Bağdadi, Səxavi, Müttəqi Hindi kimi böyük şəxslər vardır. Mərhum Əllamə Firuzabadi də "Fəzail əl-xəmsə min əl-Sihah əl-sittə" kitabında (2-ci cild) bu hədisin iki oxşar variantını əhli-sünnə mənbələrindən rəvayət edərək, mövzuya 4 səhifə yer ayırmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.