Maraqlı

Qadınlar 40 yaşdan sonra necə qidalanmalıdır?

16 Mart 2019 19:20
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırx yaşdan sonra qadın orqanizmi böyük dəyişikliklərə məruz qalır. Çünki bu yaşda qadının hormonal fonunda yenidənqurma prosesi başlayır.

Ona görə də 40 yaşdan sonra bütün qadınlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər hesab edir ki, düzgün qidalanma 40 yaşdan sonra zərif cinsin nümayəndələrinə həm sağlamlıq, həm də gözəllik üçün lazımdır. Məhz düzgün qidalanma sayəsində orqanizm özünü tənzimləyir, xəstəliklərin inkişaf riskinin qarşısı alınır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu dövrdə qidalanmada əsas prioritet yaşıl bitkilər, süd, eləcə də kalsiumla zəngin olan digər qidalara verilməlidir. Çünki kalsium çatışmazlığı bu yaşdan sonra bir çox problemlərə yol aça bilər.

Qara istiot, dəniz məhsulları, yumurta, meyvə-tərəvəz təbii xrom mənbəyi olduğuna görə yağların sintezini tənzimləyir. Yaşıl çay tərkibindəki amin turşusu-tianin sayəsində yuxunu yaxşılaşdırır, həyəcan, təşviş hissini aradan qaldırır.

Tərkibi maqneziumla zəngin olan məhsullar-balqabaq, qabaq, qovun, taxıllar, kartof stresslə mübarizəyə kömək edir.

Bildirçin yumurtalarından da istifadə tövsiyə olunur. Onun tərkibi qlisin, amin turşusu ilə zəngin olduğuna görə metabolizmi tənzimləyir, təzyiqin sabitləşməsinə kömək edir.

Dəniz ilbizi, fıstıq, küncüt, yer fındığı, şokolad, kakao isə orqanizmin sink ehtiyacı üçün vacib sayılır.

Bundan başqa, düyü, noxud, banan, yabanı mersin, balqabaq, qarağat tərkib etibarilə oynaq xəstəlikləri, osteoporoz, piylənmə, erkən menopauza, vaxtından əvvəl qocalma, dəridə yaranan problemlərdə yardımçı ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.