Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

21 Mart 2019 08:45
83 Şərh     Baxış: 1 329

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

83 Şərh:

  • Anonim
    melek b · 21 Mart 09:0300

    hamiya salamlar.1 sekil Gunesin,2 sekil FSD xanimin,8 ESI xanimin|(***) (****) (***)

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 12:2020

      Arvada gözümü nə təhər ağartdımsa,saatda 280 la uçdu motosikletin yanından:))❤❤❤

      Cavab yaz
      • Anonim
        Melek b · 21 Mart 13:2210

        Can Gunesim❤☺

        Cavab yaz
      • Anonim
        Melek b · 21 Mart 13:3500

        Gunesim sene yazdiqim serh senzuradan kecmedi

        Cavab yaz
  • Anonim
    Cavid · 21 Mart 09:0500

    Salam sabahiniz xeyir dostlar necesiz kef ehvaliniz salamatciliqdi serhcilerin adini deyimde FSD xanim Papatya xanim Esi xanim Sevil xanim Esranur xanim Zehra Ebru Dagli qardas Dalga xanim bir daha bayraminiz tebrik edirem can sagligi uzun our nece bele bayramlara sevdiklerinizle ailenizle Amin Insallah

    Cavab yaz
    • Anonim
      Papatya · 21 Mart 12:0610

      Tesekkurler, bir daha cox sagolun.

      Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 12:2011

      Təşəkkür edirəm,Cavid bəy.

      Cavab yaz
    • Anonim
      Zəhra · 21 Mart 14:4701

      Çox sağol Cako. İşlərində uğurlar qardaşım.

      Cavab yaz
    • Anonim
      Daglı · 21 Mart 19:3500

      Cavid,salam qaqaş, çox sag olun, siz yaxşı olun, mən də səni və əzizlərinin bayramını təbrik edirəm, xoş günlər arzu edirəm sizə.

      Cavab yaz
  • Anonim
    Cavid · 21 Mart 09:0700

    3 fotonu beyendim

    Cavab yaz
  • Anonim
    melek b · 21 Mart 09:1720

    Novruz bayraminin tarixi qedimdir.Novruz fars sozu olub ,,Yeni gun ..demekdir.Qedim inanclara gore kainat 4 unsurden yaranib -su,od,torpaq,kulek.|(su,od ,yel,torpaq|)

    Cavab yaz
  • Anonim
    Papatya · 21 Mart 12:0510

    Salam her kese. Necesen melek? Men de sondan 3ü seçdim.)

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 12:2120

      Salam,əzizim.❤❤❤

      Cavab yaz
      • Anonim
        Papatya · 21 Mart 13:5400

        Canimmm baciimmmm(*******)

        Cavab yaz
    • Anonim
      Melek b · 21 Mart 13:2200

      Salam Papatya cox saq olun.siz necesiz?

      Cavab yaz
      • Anonim
        Papatya · 21 Mart 13:5600

        Cox sagol, melek, şukur Allaha, babatçiliqdi)

        Cavab yaz
  • Anonim
    Daglı · 21 Mart 12:1420

    Baharın ilk günündə hamıya salam olsun. Dünən cavab verə bilmədiyim xanımlara və cənablara təşəkkür edirəm. Çox minnətdəram.

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 13:4220

      Əleyküməsalam.

      Cavab yaz
      • Anonim
        Daglı · 21 Mart 14:2100

        Ваалейкум-салам,qohum

        Cavab yaz
        • Anonim
          Əsranur · 21 Mart 14:2520

          :))))Elə bilki lap hirsli-hirsli aldın salamımı:)))

          Cavab yaz
          • Anonim
            Daglı · 21 Mart 14:2900

            Tam əksinə.Xarici dildə aldım salamını)

            Cavab yaz
    • Anonim
      Zəhra · 21 Mart 15:2300

      Salam Dağlı bəy

      Cavab yaz
  • Anonim
    asi · 21 Mart 13:0521

    Kim var kim yox hamıya salam..Şəkilləri bəyənmədim..Bayramı kim harada necə kiminlə keçirdi??)) Operativ məlumat verin görüm))..

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 21 Mart 13:3510

      Ay bərəkallah:))).Özün başlasaydın,yönümüzü bilərdik,asi.Bir dən birə bu əmri eşidən,həyacandan nə etdiyini unudar:))

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 14:5300

        Bayramını təbrik etmişdim, yəqin hədiyyəsiz olub deyə gəlməyib)..Maraqdan necə həyəcanlandımsa, özüm yazmağı unutdum)). Indi yazaram..

        Cavab yaz
    • Anonim
      Cavid · 21 Mart 13:3900

      Salam Asi xanım necəsiz mən bayramı evdə ailəmnən kecirdim ama mən ozüm hal hazıırda yaxşı deyiləm

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:1100

        Salam..Həmişə ailəniz sizin, siz də ailənizin əhatəsində olasız..

        Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 13:4520

      Dünən yemək yeyib,semiçka çırtdayıb,xaricinskiy filmlərə baxmışam.Öz kanallarımızdakı düşük verilişlərə baxmaqla,özümə hörmətsizlik edə bilməzdim.Mənim bayramım bu gündür.Bir azdan geyinib,düşürük Bakının canına.Bu da oldu Bayram.Vəssalam.İndi sən doklad elə görüm neynədiniz bayramda?:))))

      Cavab yaz
      • Anonim
        Melek b · 21 Mart 14:0900

        Gunesim menim otaqimdaki televizorun bir derdi var gun cixanda isleyir.gun cixmayanda yox)))heqiqetende beledi.bu gun cara tapacaqlar))

        Cavab yaz
        • Anonim
          Əsranur · 21 Mart 14:2120

          Aaaa,televizorun lap mənim başım kimi işləyirki.Mən də gün olanda yaxşı oluram,gün olmayanda sakit fırlanıram özümçün-elə bil ki yoxam:))İnşaAllah,bu gün düzələr.Mələyim,inşaAllah gələn il hamınız bir yerdə qeyd ersiniz bayramı.Bizdə hələ 2 il oğlanlara görə,sonra da qıza görə tam süfrə görünmür.Bayramlatı yaya saxlayırıq-kanikula:))Canım,mamanı da,nənəni də adımdan ürəkdən təbrik et.Hamınızın bayramı düşərli-xeyirli gəlsin.(******)

          Cavab yaz
          • Anonim
            Eskama · 21 Mart 14:3610

            Caq ol canimin ici onlarda seni tebrik edirler

            Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:0200

        ))).Mənim bayram səhərim biraz üzüntülü başladı..Tezdən o başdan bibim zəng elədi.Dayımı soruşanda dediki dayının kefi yoxdu.Badam ağacı çiçək açmışdı, yağış vurub, dayın da çox məyus olub. Məni də bütün günü dərd götürdüki dayım bu il badamsız qalacaq deyəsən)))..Sonra vid fasonumuza əl gəzdirib evdən çıxmışıq birdə gecə gəlmişik.Sonra da saat ikiyə kimi kinoya baxmışıq.Evdən çıxandan əvvəlcə həkimə getmişəm), sonra mağazalara baş çəkmişik.Sonra da axşam getmişik qızımın ad günün qeyd etməyə.Ta böyüyür, evdə ad gününə qane olmur..Hədiyyəsi ilə biraz atasın yükləmişdi..Bu gün təzyiq dərmanın vermişəm, biraz düşüb təzyiqi)))..Bax şüvəlik filan eləmə..Bilirəm yadında deyil))...Bayram sərgüzəştlərim bu qədər))..

        Cavab yaz
        • Anonim
          Əsranur · 21 Mart 15:1500

          Aaaaaaaa...Asi,səni indi boğub öldürüm,ya yox???Özün seç-ya boğum,ya krışadan atım,ya döyüb öldürüm,ya da hərləyib öldürüm.Sənin statusunda yoxidi axıııı...Adam da Əsranur kimi statusda uşaqların doğulduğu gündən bu günə qədərki şəkillərini paylaşmaz????Asi,ürəkdən təbrik edirəm gözəl balamızı.Ona dair bütün arzuların həyata keçsin.Balalarını ancaq xoşbəxt görəsən.İndi telefonuma uşağın ad gününü də əlavə etdim.Gələn il mütləq təbrik edəcəyəm.Uşağın yanaqlarından əvəzimdən maç elə.

          Cavab yaz
          • Anonim
            melek b · 21 Mart 15:4500

            Asican tebrik edirem,boyuk qiz olsun,

            Cavab yaz
          • Anonim
            asi · 21 Mart 20:3500

            Səsverməyə çıxardaq)). Hansı variant daha çox səs yığsa, o üsulla al canımı)).. Çox sağol❤.. Amin və bütün uşaqlarla bahəm..

            Cavab yaz
    • Anonim
      Daglı · 21 Mart 13:5120

      Salam,asi, mən dogma evimizdə, həmişəki kimi anamın sol böyründə. Bayramlarda yemək məsələsində mənə heç bir qadaga qoyulmur, ona görə də bu gün bir az əzabın çəkirəm)

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:1010

        Çox gözəl..Yəni şərhin əvvəli üçün gözəl, axırına aid eləmirəm))..Ananın canı sağ, ömrü uzun olsun, daim sol böyrünü tutasan..Valideyn, xüsusən də analar sağ olduğu müddətcə insanın neçə yaşı olur olsun, qəlbinin bir yerində hələ də uşaqlıq havası olur..Əslində insan valideyni itirdiyi gün böyüyür..Şəxsi qənaitimdi, bəlkə də belə deyil..Ömürləri uzun olsun bütün yaxşı valideynlərin..

        Cavab yaz
        • Anonim
          Daglı · 21 Mart 16:2910

          Sag ol,asi, Allah əzizlərini qorusun,mən də vaxtından tez böyüyən uşaqlardan olmuşam, uşaq yaşından ailəyə başçılıq edənlərdən...

          Cavab yaz
        • Anonim
          Daglı · 21 Mart 21:3710

          Asi qızının ad gününü təbrik edirəm, inşallah Ali təhsil sahibi olsun, atalı-analı böyüsün, arzularına catsın, xeyirli övlad olsun.

          Cavab yaz
    • Anonim
      Papatya · 21 Mart 14:0120

      Asi, bugun mama gelib. Cox sevindim. Əsramin sozu olmasin menim ucun de bayram bugundu. Dunen ise, yemeyimizi yedik, ele bele biraz tur atib geldik şeherde) ☺

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:0310

        Mamanın ömrü uzun olsun..Hələ indən belə 60-70 il mamanın bayram gəlişinə sevinəsən)...

        Cavab yaz
    • Anonim
      Melek b · 21 Mart 14:1200

      Asican salam.kimnen kecirtdi nedi))))) evde.yarimciq ailemle( gelen il temterahli kecirdeceyik

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:0500

        Sağ salamat, istədiyin6z kimi keçirəsiz bayramları..Heç olmamaqdansa, yarımçıq olmağına da şükr ellə..Müvəqqəti ayrılıqları dərd eləmə..Düzələr hər şey..Təki uzaqda olsalar da sağ olsunlar..

        Cavab yaz
    • Anonim
      Zəhra · 21 Mart 14:5300

      Salam Asi xanım. Mən bayramı ailəmlə birlikdə keçirdim. Bayram da nə bayram. Tonqalları söndü hamının. Ümumiyyətlə bu il çox həvəssiz idi bütün uşaqlar da, böyüklər də. Çox maraqsız oldu. ;((. Ən cansıxıcı bayram keçirdim. Bir dəfə konsertdə oldum. O da bayramdan əvvəl. Bu qədər. Heç istirahət olmadı da. Maraqsız.....

      Cavab yaz
    • Anonim
      Zəhra · 21 Mart 14:5500

      Salam Asi xanım. Mən bayramı ailəmlə birlikdə keçirdim. Bayram da nə bayram. Tonqalları söndü hamının. Ümumiyyətlə bu il çox həvəssiz idi bütün uşaqlar da, böyüklər də. Çox maraqsız oldu. ;((. Ən cansıxıcı bayram keçirdim. Bir dəfə konsertdə oldum. O da bayramdan əvvəl. Bu qədər. Heç istirahət olmadı da. Maraqsız.....

      Cavab yaz
      • Anonim
        asi · 21 Mart 15:3500

        Bəzən olur elə..Eybi yox gələn ilkiləri maraqlı keçirdərsən, yenə ailənlə birlikdə..

        Cavab yaz
        • Anonim
          Zəhra · 21 Mart 23:0300

          İnşallah Asi xanım. Zamanı doğru idarə edə bilsək əslində hər şey yaxşı olar

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Mart 13:0820

    Hər vaxtınız xeyir.Bahar hamınıza xoş müjdələr gətirsin...Mələyim(*******)təşəkkür...Bahəm,Cavid bəy.Çox sağ olun.

    Cavab yaz
    • Anonim
      Melek b · 21 Mart 13:3600

      ESI xanim (****)

      Cavab yaz
    • Anonim
      Papatya · 21 Mart 13:5600

      Xos gorduk, Əsi..aminnn, cumlemize insaAllah(*******)

      Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 14:1710

      ❤❤❤

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Mart 13:1150

    Bu gün görkəmli şairimiz Səməd Vurğunun doğum günüdür.Onu hörmətlə anıram...Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düşsən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar!Zaman! O amansız, qatil bir düşkün Bəzən dünyaları döyər şiddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər şeyə qarşı çıx, həm də cürətlə.Cürət! Odur bizi güldürən hər an, Cürətsiz bir həyat məhv olur, inan. İştə bu düsturu öyrənib də sən, Ər oğlu ər kimi tab et bəlayə.Mən bu sözlərimlə nə dedim bil sən, Çırpın üfüqlərə, uç etilayə! Ey gənc! Səadəti bir xəyal bilmə, Nə olursa-olsun, yalnız əyilmə!

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Mart 13:2340

    M,səhifədə şərhinizi(yəni sizi)görmək çox xoş oldu.İnanın burdakı heç bir şərhçi unudulmayıb.Sadəcə biz onların yazmaq istəmədiyini düşünüb,qərarlarına hörmət edib,hər dəfə adlarını yazmırıq.Çünki ad çəkildikcə insan hardasa məsuliyyət hiss edib,yazmağa məcbur olur.Yazmasa belə fikri burda olur(özümdən bilirəm)...Dünənki şərhinizdən sonra yazmağa ehtiyac duydum.İnanın hamınız yadımızdasınız.Bir də,müşahidələrimə əsasən deyə bilərəm ki,çox şərhçi bayram günləri özü gəlib təbrik edir(sizin kimi,adsız da yazsanız siz olduğunuzu bildim,adınız yox idi deyə,nik yerinə yazdığınızı qeyd etdim)) ,bir çox isə təbrik gözləyir.Təbrik edənlərə hörmətim sonsuzdur.Gözləyənlərə isə ancaq dediyim səbəbə görə qeydsiz qalırıq...

    Cavab yaz
    • Anonim
      Cavid · 21 Mart 13:5500

      ƏSİ xanım like

      Cavab yaz
  • Anonim
    Zəhra · 21 Mart 14:4610

    Salam olsun yalan dünyada doğru yaşayanlara ! Baharın ilk günündə necəsiz?

    Cavab yaz
  • Anonim
    Zəhra · 21 Mart 14:5610

    F. S. D. müəllimə salam. Dünən şərhinizi gec gördüm üzrlü sayın. Cavab yazmışam sizə orada

    Cavab yaz
  • Anonim
    Zəhra · 21 Mart 15:0521

    “Bir uşaq qonşu həyətdən evə bir neçə yumurta gətirir. Anası yumurtaları haradan aldığını soruşur. Oğlan məsələni olduğu kimi nağıl edir. Anası ona bir qədər acıqlanıb daha belə iş görməməsini tapşırır, sonra isə həmin yumurtalardan qayğanaq bişirib oğluna verir. Sabahı gün oğlan daha çox yumurta oğurluyub gətirir. Anası yenə əvvəlcə kimi onu bir qədər danladıqdan sonr yumurtslardan bir nesini bişirib süfrəyə qoyur. Bu minvalla oğul oğurluğa adət edib hər gün bir şey oğurlayır, anası isə onun bu, hərəkətlərinə göz yumaraq oğlunun cinayət işləməsinə şərait yaradır. Nəhayət bir gün oğlan dəvə oğurladığı yerdə həbs edilir. Məhkəmə zamanı cinayətin bir neçə yumurtadan başlandığı və ananın bu işə göz yumduğu meydana çşxır. Hakim üzünü anaya tutub deyir: Bu cinayətdə əsas müqəssir sizsiniz.Hər kiçik cinayət aparıb böyük cinayətə çıxarır.Siz , yumurta oğurluğunun dəvə oğurluğu ilə nəticələnəcəyini bilməli və oğlunuzu bu təhlükəli yoldan çəkindirməli idiniz. “

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 15:4220

      Zəhra,bu,mənim lap balacalıqdan nənəmdən eşitdiyim ibrətamiz məsəl idi.Həyatımda 2 dəfə oğurluq etmişəm.1ci dəfə o vaxtın çernil ruçkasından almaq üçün anamın cibindən 20 qəpik götürmüşdüm.Həyəcandan 20 qəpik də əlimdən düşüb,dığırlanıb düz anamın ayağının qarşısında dayanmışdı.2 dəfə xalamın xrustal lyustrasının 2 dənə uzun daşını kuklam üçün sırğa əvəzi icazəsiz götürmüşdüm.Xalamın yoldaşı nənəmə-Uşağın iqruşkalarının içinə baxın,bəlkə o daşlar orda oldu"dediyini eşidəndə ölüb yerə girmişdim.Bir də heç nəyi icazəsiz götürmədim.Oğurluq əxlaqsızlıqdan da pis şeydir.Çünki,birində özün öz həyatınla nə istəsən edə bilərsən,amma,oğurluq-sənin haqqın olmayanı oğurlamaqdır.Paylaşımına like verdim.

      Cavab yaz
      • Anonim
        Zəhra · 21 Mart 23:1000

        Paylaşıma görə sağolun Əsranur xanım. Oğurluğa gəldikə isə uşaqlıqdan valideynlərimizdən bunu eşitmişik: Oğurluq etmək olmaz. Haramdır. Günahdır. Nəyəsə ehtiyacın olsa biz varıq. De bizə. Allaha and olsun ki ,həyatı dərk edəndən bu sözləri eşitmişəm və hələdə eşidirəm. Burada qonşjlarda meyvə ağacları vardaa. Bizdə də var. Bəzən yollar bağlı olanda qonşunun qapısından keçməli olurduq. İndi belə deyil. Onlarda da qəşəng meyvələr var idi. Bir dəfə də olsun nə mən , nə də qaqaş onlardan götürməmişik. Amma çoxlarının icazəsiz o meyvələrdən götürdüyün görmüşük. Bizə qalmayan dünya üçün bizə qalacaq günahlar edək??? Çox gülüncdü. Sizə gəldikdə isə hər kəsin səhvi olur. Orhan Gencebay -Hatasız kul olmaz Eşitmisiz yəqin)))). Gecəniz xeyrə qalsın.❤️

        Cavab yaz
  • Anonim
    Zəhra · 21 Mart 15:1400

    Mən sonuncu şəkli seçdim.Qaranlıq var. Ona tənhalığı qatmaq lap gözəl olar.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Mart 15:1730

    Dünən ancaq qonaq qarşıla,çay çörək ver,yola sal,yığ yığışdır,süfrəni təzələ,yu—işim bundan ibarət olub.İlaxır çərşənbəm gözəl keçdi.Uşaqları yığdım başıma,bütün məhəllələri alt üst etdim.Papaq atmışıq hər qapıya.Yığdıqlarımı çəkdim düz 5 kilo bayramçalıq yığmışam,2 manat da pul.Yağışın altında bacabacaya çıxmağın ayrı bir nəşəsi varmış.Əlbəttə ki,batırdıqlarımızı yumaq,yerbəyer etmək də,bonusu oldu:)).Onu da deyim,villalara atdığımız papaqlar boş qayıtdı,çünki qapını açmağa belə tənəzzül etmədilər.Paylarımız ancaq sadə yaşayanlardan oldu.Qəlbi geniş insanlara rəğbətim artdı və çox əyləndim☺️.

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Mart 15:2820

      Kasıb ürəyi genişlikdən kasıb olur da.Mən papaq atmamışam.Çünki,bu evimizdəki qonşularımız verilən salamı qarın ağrısıyla alırlar.Onlar papağa nəsə atarlar?Əksinə,papağımı da götürüb,qapını bağlayarlar.Gəl indi bunlardan papaq al.Bizim qapını 2 dəfə döydülər,ondan-bundan qoydum,götürüb getdilər.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 21 Mart 21:1240

        Yaxın olsaq mütləq gələrdim sizə,bayram edərdi papağım:).

        Cavab yaz
    • Anonim
      asi · 21 Mart 20:3200

      Əbəs yerə deməyiblər ki, kasıb mərd olar..Kasıbın əli açıq deyə kasıbdır, yoxsa, o da varlı kimi xəsislik edib varlanardı..Maraqlı keçirmisiz çərşəmbəni..Bizim papaq atası yerimiz yoxdu).. Axırıncı dəfə rayonda yaşayanda görmüşəm və getmişəm oapaq atmağa..Məktəbdə oxuyan vaxtları sinif oğlankarı gündüzdən deyərdiki filan rəngli filan fasonda oapaq atacam, içinə filan şeylər qoyun)). .Mən də gəlib evdə mamamı təlimatlandırardım).. Sonrada gedərdik qonşulara papaq atmağa..

      Cavab yaz
  • Anonim
    F.S.D. · 21 Mart 16:0810

    Salam dostlar bir daha bayramınızı təbrik edirəm , təbrik edənlərədə diqqətləri və hörmətləri üçün təşəkkür edirəm. Ağıllım mənim balaca Mələyim mənim hər şey üçünçox sağ olun, M. Xanım təbrikiniz üçün çox sağ olun və ƏSİ xanımın fikri ilə razıyam. Asi qızınızın ad günü təbrik edirəm siz ana kimi övladınıza nə arzu edirsinizsə məndə bu arzulara qoşuluram hər bir işdə xöşbəxtli olmasını arzulayıram. Dünən çox darıxmışam, bacımgilə getməliydim həvəsim olmadı getməyə axşam bacımın yoldaşı zəng etdiki bacı xahiş edirəm gəl sadiq küsüb heç kimlə danışmırkı bibi gəlməsə yerimdən durmayacam. Bu gün onlardayam uşaqlar başımda oynayır)) gördüm yorulacam kursu dəyişdim kitab dəftərə keçdik şəhər adları yazırıq)). Kolleqa lap qardaşım kimisinizki))) uşağlığınıza sevindim))) Allah ananıza can sağlığı versin. Ananız sevinsin ki Sizin kimi oğlu var, məndə sevinirəm ki Sizin kimi Kolleqam var. Zəhra, Cavid balaca dostlar çox sağ olun. Müəllimə yaxşı ki varsınız bu dostlarım üçün sizə minnətdaram.

    Cavab yaz
    • Anonim
      melek b · 21 Mart 18:0010

      FSD xanim salam/bayraminiz mubarek,mamagilde sizi tebrik edirler |(***)

      Cavab yaz
      • Anonim
        F.S.D. · 21 Mart 20:4200

        Ağıllı balacam mənim çox sağ olsunlar, çox böyük sebinclə qəbul etdim

        Cavab yaz
    • Anonim
      Daglı · 21 Mart 19:0810

      Salam müəllimə, çox sag olun,bütün arzular və istəklər qarşılıqlıdı. Onsuzda Diktatorlar imkan vermir istədiyim yeməklərə əl uzadam)

      Cavab yaz
      • Anonim
        F.S.D. · 21 Mart 20:5810

        Salam Kolleqa, hörmətinizə görə çox sağ olun. Şərhinizə yenədə güldüm, diktatorlarınıza Allah can sağlığı versin, diktatorlatınızın bəxti gətirib Allah sizə diktatorlarınıza can sağlığı ilə uzun xöşbəxt ömür yaşamağl qismət etsin. Bizim evdə diktatorların sözü keçmir,qardaşıma, bacımın yoldaşına diktatorluq etmək olmur tərs atalarına oxşayıblar)) kənar müşahidəçi mən hər üçünün tərəfini saxlayıram dəyişkən valentli element kimi))) yəni sülh müqaviləsini imzalamağa şərait yaradıram)) inanın o qədər olub ki stolun altlnda anamın ayağını, gəlnimizin ayağını basdalamışam))anam tərs tərs üzümə baxıb imkan vermirlər danışmağa deyib sakitləşib, gəlnimiz isə gülüb bacı başa düşdüm deyib. Qardaşım isə bunların birdən sakitləşməsini qələbəsi hesab edib))

        Cavab yaz
        • Anonim
          Daglı · 21 Mart 21:3410

          Çox sag olun, Allah sizə də xoş günlər nəsib etsin, söhbət saglamlıgımdan gedirsə, iki diktator birləşir, mən də məcburən geri çəkilirəm, özü də ikisi də inqilabçı nəvələridir, gücüm çatmaz)

          Cavab yaz
          • Anonim
            F.S.D. · 21 Mart 23:1710

            )))) Kolleqa lap yaxşı edirlər, Allah köməkləri olsun, yaxşı ki inqilabçı fəliyyətlərini davam etdirilər. Onsuzda kişlər nə qədər tərs olsalarda hamısı xanımlarının sözünə qulaq asırlar. Yaxşı ki diktorlar var. Ağıllı müdrik diktorlar elə edirlərki kişilər o işi özləri etdiyini bilirlər))) Gözəl ailənlə can sağlığı ilə uzun xöşbəxt ömür yaşamağınızı arzulayıram

            Cavab yaz
    • Anonim
      asi · 21 Mart 20:3310

      Sağolun FSD xanım, təşəkkür edirəm..

      Cavab yaz
    • Anonim
      ƏSİ. · 21 Mart 21:1120

      Salam əziz dost.Təşəkkür:)

      Cavab yaz
      • Anonim
        F.S.D. · 21 Mart 23:0700

        Salam əziz ƏSİ can, Asi xanımlar çox sağ olun.bizim PRİNS niyə görünmür? Alyaskda unudub bizi(((

        Cavab yaz
    • Anonim
      Zəhra · 21 Mart 23:1800

      Çox sağolun. F. S. D. Müəllimə

      Cavab yaz
  • Anonim
    Musviq · 21 Mart 18:5210

    Her vaxtiniz xeyr deyerli serhciler Bahar Bayraminiz Mubarek nece bele illere cixasiniz aile uzvleri Ile birlikde,Allah sufrenizi Tek bayramlarda deyil,her zaman bol ruzili bereketli olsun.Fsd xanim gecde olsa Ad gunu munasibetile siZi tebrik edirem,Insana vacib olan can sagligi arzu edirem.Esranur Baci bir Ana ucun en boyuk hediyye ovladinin Ali savadli olmasidir sizinde oglunuzun ad gununu tebrik edirem.Melek b xanim insallah qardasiniz sag salamat herbi xidmetini basa vurub Oz ailesi Ile birlikde bayrami qeyd edersiniZ.Asi xanim,Esi xanim,Sevil xanim ,Uzaq Diyar xanim ve bir zamanlar bu sehifede serh yazan dostlar sizinde Bayraminiz Mubarek.Ekber qardasim seninde bayramin Mubarek olsun.

    Cavab yaz
    • Anonim
      melek b · 21 Mart 19:4410

      cox saq olun Musviq bey,sizinde bayraminiz mubarek,Xelil balanin xeyrin goresiz

      Cavab yaz
    • Anonim
      ƏSİ. · 21 Mart 21:0540

      Aleykum salam,Musviq bəy.Çox sağ olun,bahəm.Xəlil balayla,ailənizlə birlikdə neçə xoş bayramlara:).

      Cavab yaz
    • Anonim
      Əsranur · 22 Mart 00:2710

      Salam,Müşfiq qardaşım.Sənin həmişə yazını oxuyanda çox sevinirəm.Çox sağ ol ki bizləri unutmursan.Təbrik üçün təşəkkürlər.Allah sənin də ailəni,Xəlil balanı qorusun.Sizin də Bayramınız Mübarək olsun.Səni həqiqətən qardaşım kimi hiss edirəm.Allah daima köməyin olsun.

      Cavab yaz
  • Anonim
    Musviq · 21 Mart 19:1710

    Sehv etmiremse 7 sinifde oxuyurduq bayrama xeyli taxta yigmisdiq.Tonqali yandiran gun melum oldu ki,ortaya basdirilacaq direk( salban)Cox qisadi.Yenisinu,daha ucasini tapmaq lazimdir,Usaqlarda biri qonsu mehellenin usaqlarinda bele tir var,Ancaq binanin zirzemisinde gizledibler deyib bizi ogurluga sovq etdi.Bir terefde mehellenin ad- sani,bir terefde sonradan kutlevi dava_ dalasa sebeb olacaq ogurluq meselesi.Sabah kimlerinse yaninda dilimiz godek olmasin deye zirzemiye hucum planini bir anda mueyyenlesdirdik.Bendeniz daxil olmaqla 4 nefer su turbalarinin ustunden suruse-suruse tiri ciynimizde zirzemiden cixardib mehelleye getirib tonqalimizi qurduq.Ancaq ne men nedeki emeliyyat dostlarim tonqal yandirilan zaman onun qiraginda Ola bildik.Sen deme su turbasinin ustu suse qirintilarindan hazirlanmis izolyasia Ile ortulubmus.Bizde onun ustunden surusduyumuzden hemin qirintilar bedenimize yeriyib.Mueyyen vaxtdan sonra bedenimizi o qeder qasimisdiq ki qan gelirdi.Ardi

    Cavab yaz
  • Anonim
    Musviq · 21 Mart 19:1910

    Hami xususile( mehelle qizlari bizde onlar ucun calisirdiq.tonqalin kenarinda hami bayramin sirinliyini keciren vaxt bizde marqanisli suda oturub basimiza doyurduk.Buda yaddasimda qalan olmus hadise

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 21 Mart 21:1140

      Oğurluğun cəzası ağır olub biraz:)))...Bizdə taxtaya ehtiyac olmurdu heç vaxt.İnəklər sağ olsun:)).Otu yeyib muşqurtunu da bizim üçün ayırırdılar:)).Tonqalı onunla qalayırdıq biz.Üstündən tullanmağa da ki,cürət gərəkdi.Saçı qırcalanmamış qız qalmırdı məhəllədə.

      Cavab yaz
    • Anonim
      F.S.D. · 21 Mart 21:1310

      Salam Müşviq diqqətiniz hörmətiniz təbrik üçün sizə ürəkdən çox sağ olun deyirəm. Çox yaxşı insansınız Allah sizi ailənizi qorusun can sağlı ilə uzun xöşbəxt ömür yaşayasınız. Gələn il bu vaxtı bir gözəl qız balanın atası olasınız.şərhinizi diqqətlə oxudum keçən ildə uşaqlığınızdan gözəl xatirə paylaşmıdınız. Çox sağ olun marqlı uşaqlıq keçirmisiniz. Dəcəl olsanızda çox mehruban uşaq olmusunuz. Təsəvvür etdim o dirəyi necə gətirmidiniz, şüşənin sizi zədələməsinə ürəyim üzüldü(( kaş belə etməzdiniz(( bu şərhiniz mənə həyatın ədalətsizliyini göstərdi ((Həyatınızda həmişə çəkdiyiniz zəhmətin bəhrəsini görəsiniz. Xatirlərinizi paylaşın zəhmət olmasa, bunlar yaşanmış həyatdır və maraqlıdır. Bir daha təşəkkür edirəm

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.