Maraqlı

Azərbaycanın rayonları üçün namaz vaxtları Bakıdan fərqlidirmi?

26 Fevral 2019 22:15
2 Şərh     Baxış: 2 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Namaz vaxtları Günəşin səmadakı hərəkəti ilə bağlı olan məsələdir. Belə ki, Günəş şərqdən çıxıb qərbdə batdığı üçün, əvvəlcə şərqdə yerləşən məntəqələrdə namaz vaxtı girir, daha sonra Günəşin qərbə doğru hərəkətindən asılı olaraq, qərbdəki məntəqələrdə də namaz vaxtı başlayır. Azərbaycanın bütün şəhər və rayonları coğrafı baxımdan Bakıdan qərbdə yerləşir. Buna görə də namaz vaxtı birinci olaraq Bakıda müşahidə edilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, digər rayon və şəhərlərdə isə Bakı ilə məsafədən asılı olaraq, bir neçə dəqiqə sonra namaz vaxtları girir. Bakıdan ən uzaq məsafədə olan Qazax şəhərində namaz vaxtı Bakıdan təxminən 19 dəqiqə sonra hesablanır. Digər rayonların Bakı ilə fərqi 19 dəqiqədən azdır. Məsələn, Lənkəranda Bakıya nisbətən 3 dəqiqə, Quba və Şamaxıda 6 dəqiqə, Şəkidə 12 dəqiqə, Gəncədə 14 dəqiqə, Naxçıvanda 17 dəqiqə sonra namaz vaxtları daxil olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.