Maraqlı

Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO

28 Dekabr 2018 19:14
1 Şərh     Baxış: 6 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hər bir qadını fərqləndirən özünəxas cəhəti var.

Milli.Az ölkə.az-a istinadən dünyanın ən qeyri-adi qadınlarının siyahısını təqdim edir.

Bu dəfə isə "Ölkə.Az" oxucularına dünyanın ən qeyri-adi qadınlarının siyahısını təqdim edirik.


1.Ən hündür qadın

Amazon İv adlı qız "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, dünyanın ən hündür qadın-modelidir. Onun boyu 203 sm-dir. Amazonun nəslində bütün qadınlar hündürdür. Boyuna görə İv şəxsi həyatında da problem yaşayır. 2013-cü ildə Denis Harqvurla tanış olub və cütlük bu yaxınlarda evlənəcək.


2.Ən böyük süni iri sinə

Mayra Hills planetin ən iri süni sinəsinin sahibidir. Onun sinəsinin diametri 149 sm-dir. Sinəsinin çəkisi 15 kq olan Mayra bütün çətinliklərə baxmayaraq, özü ilə fəxr edir.


3.3 döşü olan qadın

Alişa Hessler uzun müddət üç döşü olan qadın sayılıb. MTV kanalında hətta teleaparıcı da olub. Amma sonradan məlum olub ki, əslində Alişanın iki döşü var. Hava limanında onun çantasından üçüncü döşü tapılıb.


4.İkibaşlı qadın

Ebiqeyl və Brittani Hensel Siam əkizidir. Onların bir bədəni, bir cüt əl və ayağı və 3 ağ ciyərləri var. Hər bacının öz mədəsi var. Amma qan dövranı ümumi bədəndə eynidir. Maraqlıdır ki, hər bacı öz tərəfində olan əl və ayağını tərpədə bilir.


5.Dünyanın ən çevik qadını

Yuliya Qyüntel dünyanın ən çevik və elastik qadınıdır. O, Zlata ləqəbi ilə məşhurdur. İlk dəfə istedadı 4 yaşında üzə çıxıb. 6 yaşı olanda sirk məktəbinə qəbul olub. 2012-ci ildə isə "Discovery Channel" kanalı ona "Dünyanın ən çevik qızı" ünvanını verib.


6.Ən uzun hörüklər

Aşa Mandela dünyada ən uzun hörüklərin sahibidir. Onun saçının uzunluğu 17 metrdir. Çəkisi 19 kq olan saç Aşaya bir çox problem yaşadır. Belə uzun saçı yuyub qurutmaq üçün iki gün vaxt lazımdır.

7.Planetin ən balaca qadını

Yoti Amqe "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, planetin ən kiçik boylu insanıdır. Hindistanda yaşayan Yotinin 18 yaşı olanda boyu 62.8 sm, çəkisi isə 5.2 kq olub.


8.Ən uzun dodaqlar
Efiopiyalı Ataye Eliqidaqne aşağı dodağında diskşəkilli "bəzək" əşyası daşıyır. Diskin diametri 60 sm-dir. Bu qəbilənin bütün qızları toydan bir il əvvəl bu əşyanı dodaqlarında daşıyırlar. Amma Atayenin diski çox böyükdür və belə dodaqla "Ginnesin Rekordlar Kitabı"na düşüb.


9.İncə bel

Avstraliyalı pin-ap modeli Penni Braun çizgi film qəhrəmanı Cessika Rebbitə bənzəmək üçün çox pul xərcləyib. Onun altı qabırğası çıxarılıb və 23 saat korset taxır.


10.Canlı Barbi

Valeriya Lukyanova odessalıdır və "canlı Barbi gəlinciyi" ünvanına sahibdir.  O, iddia edir ki, cəmi bir dəfə plastik əməliyyat olunub. Valeriya təkcə sinəsini böyüdüb, qalan bədən ölçüləri isə təbiidir.


11.Ən çox döyməsi olan qadın

Culiya Qnusenin 30 yaşı olanda porfiriya xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı günəş şüası altında dəridə suluqlar əmələ gəlir. Suluqlardan sonra isə qızın bədənində çoxsaylı çapıqlar meydana gəlib. Culiya isə çapıqları gizlətmək üçün tatudan istifadə edib. Hazırda onun dərisinin 95 faizi döymə ilə örtülüdür. "Ginnesin Rekordlar Kitabı"na düşüb.


12.Ən böyük omba

Mikel Ruffinelli dünyanın ən böyük ombasının sahibidir. 190 kq çəkisi olan Mikelin ombasının diametri 2.5 metrdir. Maraqlıdır ki, bədən quruluşu Mikelin xoşuna gəlir. Onun əri və dörd övladı var.


13.Dünyanın ən güclü qadını

Aneta Florçik dünyanın ən güclü qadınıdır. 500 kq yük ilə məşq edir. Bundan başqa insanları havay qaldırmaq üzrə də rekorda sahibdir. Aneta 12 nəfəri başının üzərinə qaldırıb. Bundan başqa tavaları əymək üzrə də rekord sahibidir. 1 dəqiqə ərzində 5 tavanı əyə bilir.


14.Ən çox pirsinq sahibi

Şotlandiyalı Eleyn Devidsonun bədənində 7000 pirsinq var. Bu yaxınlarda Eylin ərə gedib.


15.Ən kök qadın
Mayra Rosales planetin ən kök qadınıdır. Bir dəfə Mayranın əli qardaşının uşağının başına dəyib və uşaq dünyasını dəyişib. Amma sonradan məlum olub ki, Mayra bu uydurmanı bacısını həbsdən xilas etmək üçün danışıb. Bu hadisədən sonra Mayra arıqlamaq qərarına gəlib. O, 220 kq arıqlayıb. İki il ərzində isə 400 kq çəki atıb. Hazırda onun çəkisi 100 kq-dır.


16.Ən böyük təbii sinə

Enni Hokins-Terner dünyada Norma Stits ləqəbi ilə tanınır. "Ginnesin Rekordlar Kitabı"na qeyri-adi qadın kimi adı düşür. Onun çox böyük, təbii sinəsi var. Sinəsinin diametri 180 sm, çəkisi isə 25 kq-dır.


17.Ən incə bel

Keti Yunq heç vaxt plastik cərrahlara müraciət etməyib. Boyu 165 sm, belinin diametri isə 38 sm-dir. Keti 38 yaşından xüsusi korset taxır. Nəticədə onun beli çox incəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.