Maraqlı

500 avro əsginasları tədavüldən çıxarılır - FOTO

10 Dekabr 2018 23:22
0 Şərh     Baxış: 2 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

500 avroluq əsginas tədavüldən çıxarılır.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Avropa Mərkəzi Bankı Şurası tərəfindən qəbul edilən qərarla Avropa Birliyinin valyutası olan avronun 500-lük əsginası tədavüldən çıxarılır.

Dünya bazarlarında 2002-ci ildən etibarən istifadə olunmağa başlayan 500-lük əsginas yanvarın 26-da 17 Avropa ölkəsində ləğv olunacaq.

Almaniya və Avstriya isə 2019-cu ilin aprelin 26-na kimi 500 avroluq əsginasları istifadə edəcək.

Terror təşkilatları və saxta pul istehsalı ilə məşğul olanlar tərəfindən te-tez istifadə edilən və insanların elə də çox istifadə etmədiyi 500 avroluq əsginasın tədavüldən çıxarılma səbəbi kimi terrorizmlə mübarizə göstərilir.

Qeyd edək ki, bir müddət əvvəl avronun 5, 10, 20, 50 100 və 200-lük əsginasları yenilənərək daha təhlükəsiz vəziyyətə gətirilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.