Maraqlı

Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış - FOTO

7 Noyabr 2018 15:16
5 Şərh     Baxış: 3 418

Dünyanın ən məşhur supermodelləri arasında yer alan 23 yaşlı Cici və 22 yaşlı Bella Hədid bacılarının atası, əslən iordaniyalı olan 70 yaşlı Məhəmməd Hədidlə bağlı qalmaqal yaranıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, böyük inşaat şirkətinin sahibi olan Məhəmməd Hədidin 25 yaşlı polyak model Yustina Monde ilə "eşq" yaşadığı bəlli olub.

Yustina Monde 70 yaşlı Hədidlə İnstagram-dakı yazışmasının skrinşotlarını açıqlayıb.

Bella və Cici Hədidlər iş adamı Məhəmməd Hədidin ikinci arvadı İolanda Fosterin dünyaya gətirdiyi qızlarıdır.

M.Hədidin ilk nikahdan Mariel və Alana adlı iki qızı var.

25 yaşlı Yustina ilə Məhəmməd Hədid 2014-cü ildə İnstagram-da tanış olub. Onlar bir neçə ay açıq-saçıq məzmunlu mesajlar "mübadiləsi"ndə olublar. Yustina çılpaq və yarıçılpaq fotolarını Məhəmməd Hədidə yollayıb, Məhəmməd Hədid də nəvəsi yaşındakı modelə əxlaqsız təkliflər edib.

Daha sonra onlar Polşanın Vroslav şəhərindəki Sofitel otelində görüşüblər, "eşq gecəsi" yaşayıblar.

Sonrakı üç ildə onlar Avropanın müxtəlif şəhərlərində görüşüblər.

"Məhəmməd həmişə arxamca özəl təyyarəsini yollayırdı. Aramızda yaş fərqi çox böyük olsa da, onu çox bəyənirdim. Daha sonra o, mənə sevgilisi olmağımı təklif etdi. İstəmədim, çünki sevgilim vardı", - Yustina Monde deyib.

Məhəmməd Hədid 2013-cü ildən bəri əslən iranlı olan 36 yaşlı model və teleulduz Şiva Səfəai ilə nişanlıdır.

"O, Şiva ilə evlənən deyil, çünki Şivanı sevsəydi, xəyanət etməzdi. Məhəmmədlə dost qaldıq, hələ də yazışırıq", - Yustina Monde bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Weird · 7 Noyabr 16:0436

    Ele bildim Sevil Sevinc bacilarindan sohbet gedir )

    Cavab yaz
    • Anonim
      ## · 7 Noyabr 20:3221

      Sevinc Sevil bacilarinin atalari rehmete gedib utanmirsan olen adam haqqinda agzina geleni danisirsan??

      Cavab yaz
  • Anonim
    $.$.$. · 7 Noyabr 17:1742

    Qızlarla işiniz olmasın. Azərbaycanlı olaraq öz millətinin xanımlarına , qızlarına ləkə yaxma.

    Cavab yaz
  • Anonim
    Necə yəni! · 7 Noyabr 17:3114

    Qoca at kişmiş yemirki!?

    Cavab yaz
  • Anonim
    Aki2 · 7 Noyabr 17:4120

    Tupurum her ikinizedee pozgun, exlaqsiz quduzlarr

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.