Maraqlı

Şahzadənin toyundakı balaca şahzadələr - FOTO

13 Oktyabr 2018 12:54
1 Şərh     Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Milli.Az bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Toyda qonaqlarla yanaşı, balaca "iştirakçılar" da az deyildilər.

Əksəriyyəti şahzadələr olan balacaların siyahısını təqdim edirik:

1. 5 yaşlı şahzadə Corc və 3 yaşlı şahzadə Şarlotta - şahzadə Uilyam və Keyt Midlltonun övladları

2. 6 yaşlı Teodora Uilyams - müğənni və bəstəkar Robbi Uilyams və Ayda Fildin qızı

3. Şahzadələr Savanna (7 yaş) və İsla (5 yaş) Filipslər - şahzadə Peter Filips və hersoginya Autmnın övladları

4. 4 yaşlı Mia Tindal - şahzadə Zara və hersoq Mayk Tindalların qızı

5. 5 yaşlı Mod Uinzor - şahzadə Frederik və hersoginya Sofinin qızı

6. 14 yaşlı şahzadə Luiza - şahzadə Edvard və qrafinya Sofinin qızı

7. 10 yaşlı şahzadə Ceyms - şahzadə Edvard və qrafinya Sofinin oğlu

8. 6 yaşlı Lui de Jivanşi - "JP Morgan" bankının rəhbəri Olivye de Jivanşi və Zoi Jivanşinin oğlu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.