Kraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.
Milli.Az "Voice of America"ya istinadən bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Yevgeniyanın gəlinlik donu Piter Pilotto və Kristofer De Vos tərəfindən hazırlanıb. Donun kürək hissəsi bilərəkdən açıq qoyulub ki, şahzadənin uşaq ikən olduğu əməliyyat nəticəsində yaranan çapıqlar görsənsin. Yevgeniya kilsəyə atası şahzadə Endrü ilə daxil olub.
Nyukasl Universitetinin ingilis ədəbiyyatı və incəsənəti tarixi fakultəsini bitirmiş şahzadə Yevgeniya hazırda Londondakı "Hauser and Wirth" müasir sənət qalereyasının direrktorudur.
Şahzadənin valideynləri - York hersoqu, şahzadə Endryu və hersoginya Sara Farqüsson 22 il əvvəl boşansalar da, normal münasibətlərdədir.
Cek Bruksbenk isə aktyor, Hollivud ulduzu Corc Kluniyə məxsus "Casamigos" şirkətinin brend-meneceridir.
Şahzadə Yevgeniya ilə Cek 2010-cu ildə İsveçrədəki Verbye kurortunda tanış olublar, elə ilk baxışdaca bir-birlərinə vurulublar.
Bukinhemdəki nüfuzlu, təhsil haqqının çox bahalı olduğu Stou məktəbini bitirmiş C.Bruksbenk pablar şəbəkəsi yaratmaq niyyətindədir.
Şahzadə Yevgeniya və Cek Brunksbenk hazırda Kensinqton Sarayında yaşayırlar.
Şahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından ödənib.
Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.

Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox sinirləndirib.
Toya 1200 "adi insan" dəvət olunmuşdu. Dəvətnamələr lotereya əsasında paylanıb. Bukinhem Sarayından verilən məlumata görə, toya qatılmaq üçün 100 min müraciət olub.
"Yüksək mənsəbli qonaqlar" arasında zadəganlar, sənətçilər, siyasətçilər, iş adamları, habelə şahzadə Yevgeniya və Cek Bruksbendin dəstəklədikləri xeyriyyə təşkilatlarının nümayəndələri vardı.
Toya şahzadə Yevgeniyanın təhsil aldığı Müqəddəs Georgi Məktəbi və "Coworth Flexlands"dan nümayəndələr də qatılmışdılar.
Şahzadə Yevgeniyanın toya dəvət etdiyi dostları və rəfiqələri arasında müğənni Elli Qoldinq, model Kara Delevin, habelə milyarder Riçard Brensonun övladları Holli və Sem də vardı.
Şahzadə Harri ilə Keyt Middltonun övladları şahzadə Harri və şahzadə Şarlotta toyda paj ilə gəlinin rəfiqəsi funksiyalarını yerinə yetiriblər.
Gəlinin ətəyini isə müğənni Robbi Uilyamsın qızı Teodora Rouz Uilyams tutub.

Toyun tortunu tanınmış londonlu konditer Sofi Kuabo hazırlayıb. Tort "Qırmızı məxmər" adlanırdı.
Nikahı Britaniyanın ilk qaradərili arxiyepiskopu Con Sentamu qılıb, mərasimi Vinzorun keşişi Devid Konner aparıb.
Toyda dünyaca məşhur tenor Andrea Boçelli, Britaniyanın Kral Filarmoniya Orkestrinin çıxışları olub.
Toy Britaniyanın İTV və ABŞ-ın TLC telekanallarında translyasiya edilib.
Toyda mərhum şahzadə Diananın sevimli himni olmuş "I Vow To Thee My Country" səslənib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
XƏBƏR LENTİ
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)





