50 yaşlı nənə dördəmə hamilədir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mik Caqqer 73 yaşında ata ola bilirsə, mən niyə özümü günahkar, pis iş tutmuş kimi hiss etməliyəm ki?!"
50 yaşlı Treysi Britten belə deyir.
Ekstrakorporal mayalanma (EKM) əməliyyatı vasitəsilə hamilə qalmış Treysinin bətnində indi 4 övladı var.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, Britaniyada dördəm dünyaya gətirmiş ən yaşlı ana olmağa hazırlaşır.
İlk övladını yeniyetmə yaşlarında olanda doğmuş Treysi Brittenin nəvələri 7 aylıqdan 11 yaşa qədərdir.
Hamiləliyin 27-ci həftəsində olan Treysir Londonun şimalında yaşayır.
"Son üç ay ağır keçdi. Normal yata bilmirəm. Qarnım böyük olduğu üçün normal qidalana da bilmirəm", - Treysi söyləyib.
O, sosial şəbəkələrdə sərt tənqid olunmasına, "məsuliyyətsiz qadın" adlandırılmasına rəğmən dördəmlərini dünyaya gətirmək əzmindədir: "60-70 yaşlarında ata olmuş Mik Caqqeri, Ronni Vudu və ya Elton Conu kimsə tənqid etmir. Bəs mənə niyə hücum edirlər?! Həyatım boyu çalışmışam, övladlarımı böyütmüşəm. İndi daha dörd övlad böyütmək istəyirəm".
İki oğlu və qızı, 6 nəvəsi olan Treysi Britten 11 il əvvəl ikinci dəfə ərə gedib, Stivenlə ailə qurub. Treysi bir neçə dəfə abort etdirdiyindən normal şərtlərlə hamilə qala bilməzdi. 10 illik gözləntidən sonra o, EKM əməliyyatı vasitəsilə hamilə qalmağa qərar vermişdi.
Əməliyyat bu ilin aprelində Kiprdəki klinikalardan birində gerçəkləşdirilib.
"Ana olmaq istəyirdim. Əkizlər olsaydı, lap bəxtəvər olardım. Hamiləliyimin doqquzuncu həftəsində sonoqraf bətnimdə 4 övladımın olduğunu göstərəndə sevincdən nə edəcəyimi bilmədim. Ana olmaq şansımı maksimuma çatdırmaq üçün bətnimə 4 embrion implantasiya olunsa da, ən böyük arzularımda dördəmə hamilə qalacağımı ağlıma gətirə bilməzdim", - Treysi söyləyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)





