Maraqlı

Avropa İttifaqı bu ölkələrə 34 milyon avro ayırıb

12 Sentyabr 2018 23:42
0 Şərh     Baxış: 762
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı təbii fəlakətlərlə üzləşən ölkələrə yardım məqsədilə Avropanın Həmrəylik Fondundan 34 milyon avro ayrılması barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda Yunanıstan, Polşa, Litva və Bolqarıstan var. Litva su şəbəkəsinin və idarəetmə infrastrukturunun bərpası üçün 16 milyon 918 min avro, Polşa üç rayonuna qasırğaların vurduğu zərəri aradan qaldırmaq üçün 12 milyon 279 min avro, Bolqarıstan Burqas şəhərində daşqınların törətdiyi dağıntıları bərpa etmək üçün 2 milyon 558 min avro, Yunanıstan isə 2017-ci ildə zəlzələnin Kos adasına vurduğu ziyana görə 2 milyon 535 min avro alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.