Maraqlı

Dinozavrlarla eyni dövrdə yaşamış "balıq-kərtənkələ" skeleti AŞKARLANDI

20 Avqust 2018 22:22
0 Şərh     Baxış: 3 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyadan və Böyük Britaniyadan olan alimlər ixtiozavrların (latın Ichthyosauria - "balıq-kərtənkələ") ən böyük skeletlərindən birini aşkar ediblər. Tapıntı dinozavrlarla eyni dövrdə yaşamış dəniz kərtənkələləri qrupuna aiddir.

Milli.Az bildirir ki, sümüklərin dişi cinsinə aid və hamiləlik zamanı həlak olduğu müəyyən olunub. Belə ki, sürünənin daxilində embrionun qalıqlarları aşkar edilib. Bu haqda "ScienceDaily" nəşri məlumat yayıb.

Böyük Britaniyada, Somerset qraflığının sahilində tapılan ixtiozavr skeleti tədqiq olunması üçün Almaniyanın Hannover şəhərinə gətirilib.

Kərtənkələnin daxilindəki rüşeymin (bala) qalıqları əsasən onurğa hissəsindən, üzgəclərdən, bir neçə qabırğa və bəzi başqa sümüklərdən ibarətdir. Fəqərələr zəncirinin uzunluğu yalnız 7 santimetrə çatıb. Embrionun skeleti, alimlərin fikrincə, tamamilə formalaşmağa vaxt tapmayıb.

Paleontoloqların qiymətləndirmələrinə görə, ana kərtənkələnin uzunluğu 3-3.5 metr təşkil edir. Bu ixtiozavrların ən böyük nümayəndəsi deyil. Qeyd edək ki, indiki elmə ölçüsü 20 metri ötən nümunələr də məlumdur.

Onu da bildirək ki, ixtiozavrlar, dinozavrlardan fərqli olaraq, dəniz mühitində yaşayırdılar və tamam başqa təkamül budağını təşkil edirdilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.